Alman şairi Göte deyib ki, üç min illik keçmişdən baş çıxarmayan insan birgünlük yaşayan insandır. Mən də, sən belə insan olmayasan, tarixi köklərinlə tanış olasan deyə, əlimdən gələni edəcəyəm. Bu, insan olmağın yeganə yoludur. İnsan yalnız bu yolla çılpaq meymun olmaqdan qurtula bilər. İnsan yalnız bu yolla boşluqda veyillənməkdən xilas ola bilər.