Çingiz Aytmatov qələmini o qədər sevdim ki... Sadə, axıcı, təsirli...
Əslində, ilk dəfə sınamıram. Hardasa, 7-8 il əvvəl uşaq ədəbiyyatından "Dəniz kənarıyla qaçan Alabaş" əsərini oxumuşdum. Normal olaraq tam xatırlamıram. Amma çox sevdiyimi xatırlayıram.
İndi isə keçək, kitaba. Kitaba Çingiz Aytmatovun ali ədəbi mükafatlara layiq görülmüş üç əsəri - "Qırmızı yaylıqlı qovağım mənim" , "Köşək gözü" və "İlk müəllim" povesti daxil edilib. Hər 3 povest o qədər təsirlidir ki. İnsan oxuduqca oxumaq istəyir, oxuduqca klassika olduğunu unudur. Mükəmməl idi.
Cengiz Aytmatov
1330 səhifəlik bir "səyahət"in sonuna gəldim. Son 10 səhifəsini oxuyarkən ağlamamaq mümkün deyil. Təbii ki, təhlil dəftərimə uzun bir təhlil yazacam, amma düşünürəm ki, heç bir təhlil bu əsəri izah edə, əsəri oxumayan insana tam şəkildə çatdıra bilməz. Təhlillə izah olunacaq bir əsər olmadığını düşünürəm.
Oxuyub bitirdikdən sonra niyə bu qədər məşhur əsər olduğunu anladım. Bir sözlə, MÖHTƏŞƏM idi.
Səfillər (I-III Hissələr)Victor Hugo
Neqativlikləri aradan qaldırmağın pozitiv yolları.
Con Qordon "Şikayətlənməmək qaydası"nı yaradan və bunu həyata keçirən şirkətin real hekayəsini kitab halına çevirmişdir. Belə "hekayəli" psixoloji kitabları çox sevirəm, bunu da çox bəyəndim.
Heç bir kitaba bu qədər ağlamamışdım... Heç bir kitabın son səhifəsini də oxuyub kənara qoyduqdan sonra uzun uzadı bu qədər düşünməmişdim.(Bilmirəm, bəlkə duyğusal bir vaxtıma gəldi)
Viktor Hüqonun məşhur əsərlərindən biri- Gülən adam. Kompraçikoslar(uşaq oğruları, uşaq alverçiləri) tərəfindən üzünə əbədi qəhqəhə əməliyyatı edilmiş Quinplenin həyatı timsalında Hüqo bizə çox şeyi öyrədir və göstərir. Qəlbin kədərdən parçalanarkən, zahirən gülünc olmaq necə də alçaldıcı əzab, nə böyük qəzəbdir!
Mütləq oxunmalı kitablardandır. Kitabın bəzi hissələrində tarixi faktların, uzun uzadı təsvirlərin çoxluğu bir az sıxıcı idi, qalan hər şey mükəmməl.
Bu əsərdə həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik,həm də əntər Quinplenlə kor Deanın şirin romantizmi var. Eybəcər Quinplen ölümdən xilas etdiyi kor qız Deanı, Dea isə onu sevirdi. Onların demək olar ki hər səhnələrində təsirləndim. Deanın gözü görmürdü, amma qəlbi görürdü... Quinplen eybəcər hala salınmasaydı yenə də Deanı sevərdimi bilmirəm, amma Dea kor olmasaydı da yenə Quinpleni sevərdi... Kitabı oxusaz Ursusa qarşı qəribə hiss bəsləyəcəksiz. Amma, bu qoca filosof mənim çox xoşuma gəldi. Homodan da danışmamaq olmaz. Homo canavar idi. Bəli, bəli canavar. Homo haqqında kitabda altından xətt çəkdiyim cümləni deyə bilərəm - "Həyatda elə hallar olur ki, ən dərrakəli zəka belə vəfalı heyvanın hissiyatı ilə müqayisə oluna bilmir. Heyvan sanki yuxuda gəzən, amma ağlı yerində olan insan kimidir."
Bu qədər.