Vulf Dorn'dan oxuduğum dördüncü kitab oldu. Söhbət Vulf Dorn'dan gedirsə kitabın nə qədər axıcı olduğunu deməyimə gərək yoxdur deyə düşünürəm.
Roman oxucunu ilk səhifələrdən gərgin bir dünyaya çəkir. Psixoloji triller janrında parlayan bu əsər sadəcə həyəcanlandırmır, həm də insanın qorxuları ilə necə üzləşdiyini dərinliklə araşdırır.
Kitab hər kəsin içində bir şəkildə yaşadığı qorxulara güzgü tutur. Eyni zamanda, psixologiya, insan beyni və travmalarla maraqlanan oxucular üçün əsl xəzinədir.
Kitabın ən güclü tərəfi isə Dorn’un yaratdığı atmosferdir. Hadisələrin cərəyan etdiyi məkanlar, personajların keçirdiyi daxili çırpınışlar və hər səhifədə artan gərginlik oxucunu sona qədər əlində saxlayır. Vulf Dorn qorxu konseptini yalnız fiziki təhlükə kimi təqdim etmir, eyni zamanda insan psixikasında kök salmış dərin və anlaşılmaz hiss kimi göstərir.
Kitabın mövzusu: Əsərin baş qəhrəmanı Sarah psixoterapevtdir və həyatı qaydasında görünür. Lakin bir gecə evinə qayıdarkən gördüyü naməlum kişi ilə qarşılaşması hər şeyin alt-üst olmasına səbəb olur. Bu hadisə Sarah'ı həm keçmiş travmaları ilə, həm də həyatında gizli qalan həqiqətlərlə üzləşdirir.
Həm emosional təsir gücü həm də kəsin sujet xətti olan bu kitabı oxumağınızı şiddətlə tövsiyyə edirəm. İlk səhifələrdən kitabın sonuna qədər gərginlik davam edir və kitabı əlinizdən qoymaq istəməyəcəksiniz.
Xoş mütaliələr.
İnsan sadəcə olaraq belə proqramlaşdırılıb: həyatının sonuna qədər gözləməli və ümid etməlidir. İnsanı bu çətin həyatda yaşadan ümiddir. Gözəl gələcək ümidi bizə təslim olmağa imkan vermir.
Elmi-fantaziya , fəlsəfi mövzular, insanın özünüdərk etmə məsələsi, əxlaqi dilemmalar və s. Yan-yana gələndə elmi-fantaziya digərlərinə uzaq qalır amma bu əsərdə bunların hər biri son dərəcə ustalıqla işlənib.
Bu əsər Lemin ədəbiyyatından oxuduğum 3-cü əsər oldu və digər əsərlərində olduğu kimi bu əsəri də orjinallığı və quruluşu ilə məni sözün
Yazacağım xülasədə kitab haqqında spoyler verən hissələr ola bilər.
Həyatımda oxuduğum mükəmməl kitabların ötəsinə keçən bir kitab idi. Həqiqətən, sonuna qədər oxunulmağı, müzakirə və təhlil edilməyi haqq edir. Düşünürəm ki, bu kitab müəyyən yaş dövründən sonra gənclərə mütləq oxunması gərəkdirilən kitablardan biri olmalıdır.
Əslində
Yalniz oturmuşdu. Ağlinda milyonlarca fikir, sual, qəlbi milyardlarca hissəyə ayrilmiş şüşə qiriqlari kimi. Düşünməmək üçün bütün gün telefonla oynasa da, səsi sonuna qədər açiq musiqiyə qulaq assa da, bu səfər elə olmamişdi. Bu səfər daha fərqli idi. Çox böyük idi. Daha çox ağridirdi, qəlbin o balaca parçalari bir daha ən xirda hissələrə
- Mən...Bilmirəm,bacarmaram...Yadındadır İnam haqqında sözlərin?İnamı necə geri qaytarmaq olar,yenidən güvənməyə necə başlamaq olar bilmirəm....
- Ümid haqqındaki söhbətimizi də sən ,xatırla. Adı sən olan o ümid məni ömrümün sonuna qədər yaşadar...