Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Mən bədii əsər oxumağa İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri ilə başlamışam, hələ də ən sevdiyim əsərlər arasında olduğu üçün "Söyüdlü arx"ın da ən az onun qədər təsirli olacağına əmin idim. Düşündüyümdən daha çox bəyəndim, o qədər doğma idi ki obrazlar, ordakı həyat tərzi.. Bitməsini heç istəmirdim, eyni abu-havanı hiss etmək üçün "Körpüsalanlar"ı yenidən oxumaq fikrinə düşdüm :) Əsər Nuriyyə adlı yetim qızın keşməkeşli həyatından, saf eşqindən, işinə olan sevgisindən bəhs edir. Sevgisi üçün çox fədakarlıqlar edib bəzən səbrimi çox sınadı, amma olsun, hər gözəlin bir eybi var :) Gözləntilərimi artıqlamasıyla qarşıladı, oxumaq istəyən hər kəsə xoş mütaliələr.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Söyüdlü Arx
İlyas Efendiyevden okuduğum ilk eserdi, fakat fırsat buldukça diğer eserlerini de okumaya çalışacağım. Kitap Güney ve Kuzey bölgelerinde geçiyor. Yetim büyüyen ve eziyetle geçmiş bir hayatı olan baş karakterimiz Nuriyye nin yaşantısı ustalıkla anlatılmış. Ben kitabı beğendim, tavsiye ederim.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün
Möcüzə
Möcüzə
yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Çoox Fədakar olmaqda bədbəxtlikdir!!!
DİQQƏT spoyler var! Roman sevən biri deyiləm, amma bu kitab...
Vəfa Hafiz
Vəfa Hafiz
ilə birlikdə oxuduğum kitab. Bu haqda söhbət edərkən, kitab seçimin Vəfanın seçiminə buraxdım, güvənirdim Vəfaya. Və elədə oldu, Vəfanın seçiminə əmin idim, çox möhtəşəm olan bu kitabı tövsiyyə etdi və birlikdə oxuduq. Vəfayla birlikdə oxuyurdum deyə bir başqa zövq verirdi kitab, məhz elə Vəfa ilə oxuduğuma görə bu kitabdan alıntı paylaşmadım, qısqandım çünki. Mənə elə gəlirdi ki, bu kitab ikimizə aiddir, buna görə paylaşım etməyə qısqanırdım:). Obraz olaraq Qulunu çox sevdim, aşiq oldum ona. Muradla Nuriyyəyə qaldıqda isə, məncə Nuriyyə çox fədakarlıq edirdi, Murad Səadətdən boşanıb Nuriyyə ilə evlənsəydilər daha xoşbəxt olacaqdılar, zatən indi fərqli insanlarla evli olub da, amma qəlbləri yenə bir birindədir. Nuriyyə Muradın uşağın bəhanə edirdi, amma uşaq sevgisiz ailədə böyüməkdənsə atasız böyüsə ondan yaxşı idi. Bəzən cütlüklər övladları üçün məcburi bir evin içində iki yad insan kimi yaşayırlar, amma boşansalar daha çox xoşbəxt olacaqlar, həmçinin uşaqlarda. Mənim üçün evlənməkdə, boşanmaqda xoşbəxtlikdir, çünki boşananda xoşbəxt olmadığın üçün boşanırsanki xoşbəxt olasan. Məncə Murad Nuriyyəyə bu haqda deyəndə, Nuriyyə öz sevgisini etiraf etsə idi, Murad çoxdan boşanıb Nuriyyə ilə evlənərdi və xoşbəxt olardılar. Sevgiləri nakam bitdiyi üçün isə müəllif İlyas bəyə qəzəbliyəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
İlyas Əfəndiyevin qələminə heyran qalmamaq mümkün deyil. Əsər Nuriyyə adlı gənc qızın qarşısına gənc leytenantın çıxmağı, onu sevməyi, sonra onun xəbər vermədən getməsi ilə başlayır. Sonra həyat deyilən şey illər sonra iki gənc insanı qarşılaşdırır. Tək fərq artıq biri bambaşqa həyat yaşayır. Burada qadın sevgisi, qadın mərdliyi və qadın qüruruna çox incə yanaşmışdır. Romanda təkcə məhəbbət motivləri yoxdur. Həmçinin Quzey və Güney Qışlaq timsalında "qonşun ac ikən sən tox yatma" məsəlini xatırladır. Bunlardan başqa mənə ən çox təsir edən Səadət obrazı oldu. Qısqanclığı bir qadının ürəyindən, həyatından böyük sevgisinə şahidlik etdirir. Sevgi o qədər böyük olur ki, insan özünü, ətrafını unudur. Romanda haqq verilməsə də böyük, dərin sevgi yaşayanlar anlayıb, onun yaşadığı hissi bilib "kaş məndə onun kimi bu xəstəliyimin öhdəsindən gələrdim" dedizdirir.
Söyüdlü Arx
Söyüdlü Arx
İlyas Efendiyev
İlyas Efendiyev
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
9/10 puan verdi
Spoilər var! İlyas Əfəndiyev’dən oxuduğum ikinci kitabdır keçən ilin Sentyabr ayında son bitirdiyim kitab Söyüdü arx kitabı olmuşdu, Ama Körpüsalanlar əsərini Söyüdlü arx əsərindən daha çox bəyəndim Kitabın dili çox axıcı idi, gah Adilin gah da Səriyyənin dilindən qələmə alınması xoşuma gəldi düşüncələr daha düzgün və daha aydın şəkildə başa
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0384 okunma
Reklam
·
Puan vermedi
Biz beşikdə ana laylası ilə uyumuşuq.Bəlkə buna görə də,heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmirdi.Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmırdı.
İlyas Efendiyev
İlyas Efendiyev
Söyüdlü Arx
Söyüdlü Arx
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
·
Puan vermedi
"Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir. Təsadüfi olsa da, onun aktirasılıq istedadı tanınır və Bakıya gəlib böyük sənət aləminə addımlamaq üçün imkanlar tapır.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
10/10 puan verdi
·
3 günde okudu
Dili sadə, bir o qədər təsirlidir.
Söyüdlü arx, İlyas Əfəndiyevin tanış olduğum ilk kitabıdır, lakin o qədər fərqli hissləri özündə əks etdirən və birnəfəsə oxunula bilən kitabdır ki, əminəm ki, bu yazıçının digər kitablarını da həvəslə alıb, oxuyacam. Kitab, sevgi, mərhəmət, hörmət və.s kimi bir çox insani və öncül hisslərin və keyfiyyətlərin bir insanla bərabər bütöv bir kəndin həyatını necə çiçəkləndirə biləcəyindən bəhs edir. Oxuyarkən, insanda yaxşılığa, yaxşıya, gələcəyə ümid yaranır. Yaşamaq üçün yaratmağın mütləqliyini gözlər önünə sərir. Azərbaycan klassiklərinə nəzər yetirdikdə, mütləq oxumalı olduğunuz romanlardandır deyə bilərəm. Dilinin sadə, bir o qədər anlaşılan və təsirli olması, istənilən insana xitab etməsinə şərait yaradır. Xülasə, mən çox bəyəndim və hər kəsin oxumasını şiddətlə tövsiyə edirəm. Xoş mütaliələr!
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
185 syf.
·
Puan vermedi
Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959759 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
30 saatte okudu
Daha bir çox axıcı kitab. O qədər gözəl yazılıb ki, həm o dövrün həyat tərzini, həm də obrazları aydın şəkildə təsəvvür etmək mümkündür. Kitabın üz qabığıyla əsərin heç bir əlaqəsi yoxdur. Nuriyyənin azad ruhlu, oxumuş və öz ayağı üstündə duran personaj kimi təqdim edilməsi o dövr üçün inanılmaz bir şey idi. Əsərin əvvəlindən sonunadək ona heç bir mənfi fikirdə olmadım. Çünki onun hissləri yalnız qəlbində idi, dilinə gətirmirdi. Muradın həyat yoldaşı Səadətlə Nuriyyənin dialoqu əsərin zirvə nöqtəsi idi. Həm də bu onun necə yetkin, nəcib bir insan olduğuna işarə idi. O hissəni oxuyanda dedim ki, bu necə bir kamillikdir axı. Kim belə ürəyə sahib ola bilər? Onun belə cəsur addımı məni bu obraza daha da aşiq etdi. Murad da cəsarətli idi. Amma atdığı bəzi addımları ilə onu Nuriyyəyə heç yaraşdırmırdım. Ciddi söhbətlərdən savayı gülməli dialoqlar da var idi. Hələ Nurəddinin həyat yoldaşı ilə söhbətləri hər dəfə mənə əsl Azərbaycan ailəsini xatırladırdı. Sonluqda Nuriyyəyə daha başqa həyat arzulayırdım. Bir tək yaxşı olan şey onun çoxdankı arzusunq çatması idi. Amma şəxsi həyatı ilə bağlı fərqli şeylər düşünürdüm. Əsl xoşbəxt olmağa layiq bir obraz idi.
Söyüdlü Arx
Söyüdlü Arx
İlyas Efendiyev
İlyas Efendiyev
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
8/10 puan verdi
·
Beğendi
·
42 günde okudu
Söyüdlü Arx - qovuşa bilməyənlərin xoşbəxt hekayəsi...
İlyas Əfəndiyev həmişə mənə doğma olub, məktəb vaxtı həyatını, kiçik hekayələrini oxuyanda onu öz ruhuma səbəbsizcə çox yaxın hiss etmişəm. Amma Söyürdlü Arx əsərinə qədər heç bir kitabını oxumamışdım. Düzdür, kitabı bitirməyim çox uzun çəkdi. Çox həvəslə bitirmək istəyimə baxmayaraq, istədiyim kimi vaxt ayıra bilmirdim. Bu dəqiqələrdə elə bitirdim kitabı. Axır ki) Kitabı oxuyanda elə gəlirdi ki, sanki hansısa köhnə Azərbaycan filmini izləyirəm. Kəndlilər, raykom müdirləri, mədəniyyət evləri, musiqilər, teatrlar, dərnəklər... Çox ləzzət edirdi. Deməliyəm ki, öz aləmində obrazlara nöqsan tutduğum məqamlar da az olmurdu. Niyə belə edirsən, indi niyə belə oldu ki çox dedim öz özümə. Amma çox vaxt olduğu kimi kitabın sonu məni məntiqi sonluğa gətirə bildi. Hələ də suallar, etirazlar qalsa da, bir nöqtədə müəllifi anlaya bildim. Baş obraz olan Nuriyəni kitab boyu etdiklərinə görə qınayırdım. Amma onun hər düşüncəsində, hər fədakarlığında o qədər ortaq nöqtələr tapırdım ki, içimdə bir yerlərdə onu çox sevirdim, heyranlıq duyurdum. Bir şeyi də qeyd etməliyəm ki, kitab üzərində verilən fotonun bu obrazla heç bir məntiqi əlaqəsi yoxdur. Ümimiyyətlə, kitab nəşrlərində konkret təsvirlərin verilməsinə qarşıyam. Mənə görə, obrazın xarici görünüşü müəllifin təsvir etdikləri nəticəsində insan təxəyyülündə yaranmalıdır. Uzun sözün qısası bundan sonra İlyas Əfəndiyevə, ümumilikdə digər Azərbaycan yazarlarına daha çox şans vermək istəyirəm.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
·
Puan vermedi
İlyas Əfəndiyev | Söyüdlü arx Çox gözəl bir kitabla gəldim. İlyas Əfəndiyevdən oxuduğum ilk əsər olsa da son olmayacağına əminəm. Əsər o qədər maraqlı, sadə dillə yazılıb ki, bir nəfəsə oxuyub bitirmək olur. Kitabda yazar sevgini, dostluğu, kənd həyatını, zəhmətkeşliyi, insanların bir birin münasibətini o qədər gözəl anladıb ki, oxuduqca kaş
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
224 syf.
·
Puan vermedi
·
12 günde okudu
Yazıçının ilk romanıdır. Milli nəsrimizdə lirik-psixoloji təmayülün başlanğıcı hesab edilir. Əsərdə dostluq, azadlıq, birlik, zəhmətkeşlik kimi bəşəri dəyərlər kənd həyatının fonunda real təsvirlərlə və canlı dildə təqdim edilir. Dialoqlar təsirli ifadə tərzi, kəskinliyi və dramaturgiyası ilə seçilir. Roman nəşr olunan kimi oxucuların ürəyinə yol tapdı, sevildi və dünyanın bir çox dillərinə tərcümə olundu. Romanın sakit, enişsiz-yoxuşsuz süjet xətti var. Davamlı olaraq ağır kitablar oxuyub, ruhumuzda ağırlıq hiss etdiyiniz zaman bu növdən, yəni, adamı çox yormayan amma zövq verən əsərlər oxuya bilərsiniz. Xülasə, mən oxudum, bəyəndim və hər kəsə tövsiyə edirəm. Xoş mütaliələr.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020759 okunma
185 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabii iki defe oxumusham. İkisində də üzücü hisslər kechirdim. Nuriyyənin chixilmazını gördükce özümü onun yerine goymaga chalıshdım. Mən nə edərdim? Romanın diqqət görməsinə əsas səbəb Nuriyyənin mədəniyyət işçisi kimi şücaətləri deyil, onun şəxsi həyatı və daxili dünyası olmuşdur. Yazıçı əsas diqqəti iki qadına , ikisinində qəlbində bir tək "Murad" olan, bir - birinə zidd iki qadın Nuriyyə və Səadətə cəmləmişdir . Nuriyyə öz saədətini düşünmədən başqasına qurban verən fədakar və ləyaqətli qadın obrazıdır.Murada olan sevgisini hamıdan , hətta onun özündən belə gizlədir , ailəsinin dağılmaması üçün Muradın həyat yoldaşı olan Səadətə belə yol göstərir, bir növ öz səadətini Muradın səadətinə qurban verir, bu ona nə qədər çətin olsa da onların xoşbəxtliyi yolunda bu addımı atır və özlüyündə ən doğru qərarın bu olduğunu düşünür.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959759 okunma
53 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.