Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Özümdə xəstəlikdən yeni duran adamlar kimi yaşamağa, təbiətə qarşı bir meyl duyurdum, elə bil, bədənimdəki həyat qüvvələri yenidən baş qaldırmışdı. Elə bil ki, təbiət bizim, ən böyük kədərə düçar olduqda belə, əzəli və əbədi borcumuzun yaşamaq olduğu haqqındakı qanununu mənim şəxsimdə yerinə yetirməyə başlayırdı və mən müqavimətsiz olaraq özümü onun hökmünə verirdim. (Söyüdlü arx)
Lap uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir səadət qıvılcımı da məni fərəhləndirib, xoşbəxt etmişdir. Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir.
Reklam
Bu, qaydadır, iradələri o qədər də güclü olmayan adamlar ürəkləri istəyən işi tapmayanda, ora-bura əl atırlar, əsl insanlıqlarını itirirlər.
.... sən-mən istəyiriksə, iş ədalətli getsin, onda gərək atamızın da səhvini quıaq ardına vurmayaq
Sayfa 110Kitabı okudu
185 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İlyas Əfəndiyev mənim ən sevdiyim Azərbaycan yazıçılarından biridir. Tərcümə əsərlərdən öncə oxunmalıdı. Dilimizdə belə gözəl əsərlər yazan yazıçılar var biz onlarsan xəbərsiz. Cümlələr o qədər zərifdir ki, qəlbə toxunmadan keçmir. Qəhrəmanları bizdən biridir, onları hər yerdə görə bilərik. Yazıçının bu əsəri ilə Dağlar arasında üç dost əsərinin baş qəhrəmanları arasında oxşarlıq var. Yazıçı sanki eyni insanları fərqli hekayələrdə canlandırıb.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959759 okunma
Günəş işığında zümrüd kimi parlayan yarpaqlar arasında hələ yetişməmiş göy meyvələr görünürdü. Bağda rütubət qarışıq iydə ətri duyulurdu. Nə üçünsə uşaqlıqda da iydə ətri həmişə məndə kədərli hislər oyadırdı ...
Reklam
Sənin mənə göstərdiyin qayğıda hiss etdiyim bu yadlıq haradandır? Elə bil, mənə acıyırsan...
İndi kimsəsiz bir qızın bu yad otaqda ən əziz arzusundan əbədi olaraq ayrılmaq məcburiyyətində qaldığını hiss etməsi çox kədərlidir. Qoy bu heç bir qızın başına gəlməsin.
Bir adamın sənin qayğına qaldığını hiss eləmək çox təsirli haldır.
Mən ilk məhəbbətinin səadətini itirmiş, dərdini kimsə bilməmiş gənc bir qız idim...
Reklam
Mən demək istəyirdim ki, həyatın əzəli və əbədi gözəllikləri, fərəh və səadəti içində pərişan bir qızın qəmli mahnısı eşidilirsə, bundan inciməyin. Çünki o, hamının və sizin xoşbəxtliyinizi istəyir.
Mən, başqasının oduna yandığım halda, onunla bir yastığa baş qoymazdım. O "başqasını" ürəyimdən qoparıb atmağa isə iqtidarım çatmırdı.
Mən yalqızam. Bu dünyada yalqız olmaq nə çətinmiş! Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq!
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
Sayfa 8
Lakin heç bir zaman özümü indiki kimi yalıqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı.
Sayfa 9
1.063 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.