Düşünürəm ki kitabları oxuyanda özünü o əsərlərin içində hiss edən tək mən deyiləm. Sanki bir anlıq bu dünyadan bir neçə dəqiqəlik hətta bir neçə saatlıqda olsa uzaqlaşıram. Mənim üçün hər yeni kitaba başlamaq bir müddətlikdə olsa başqa bir həyatda yaşayacağım anlamına gəlir. Elə əsərlər olur ki təsirindən uzun müddət çıxmaq olmur. Bəziləri bizi çox düşündürür,bəziləri güldürür,həyatı sevməyin vacibliyini vurğulayır,hətta bəzən ağladır. Düzü,məni ağlada biləcək çox az sayda əsər var. "Çərpələng Uçuran"da o nadir əsərlərdən biridir. Kitabın mövzusu dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqında olsa da ,fikrimcə,kitabın bu qədər təsir edici olmasının əsas səbəbi əsərin insan hekayəsi üzərində qurulmasıdır. Elə buna görə də bu kitabı oxuyan hər kəs kitabdakı duyğulara reaksiya verir.
Oxumağı çox tövsiyə edirəm.
Kitabla qalın