Qeyd edim, roman psixologiya, psixiatriya sahələri üzrə oxuyan tələbələrə, ümumən, bu sahələr üzrə yüksək səviyyəli ədəbiyyat axtaran oxucular üçün tam bir xəzinədir. Ədəbiyyat dünyasında Zeno Kozini obrazı Migel de Servantesin Don Kixot obrazına bənzədilir. Həm Zeno, həm də Don Kixot xəyallar dünyasında yaşayırlar. Don Kixot dindar bir
M.F. Dostoyevskinin "Karamazov qardaşları" (1879-1880) romanı müəllifin şah əsəridir. Dünya ədəbiyyatının ən yetkin nümunələrindən biri sayılır. Rus ədəbiyyatında romanı onun bütün yaradıcılığının mənəvi yekunu və gələcək nəsillərə nəsihəti kimi qiymətləndirənlər var. Hətta bir qədər irəli gedib Dostoyevskini rus vicdanını əks etdirən
Dostoyevskinin bütün əsərləri kimi bu da təsirli idi. Amma bu əsərdə özümə yaxın nə isə var idi. Sonu gözlənilən olsa da, ümid olunan bir son idi. Kaş həyatlar da belə sonla bitsə...
Ölən dünyam
(Spoiler)
"Ölən dünyam" romanı çox dəqiq tapılmış və böyük ustalıqla qələmə alınmış simvolik bir sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, obasından didərgin düşmüş Həsən ağa uzun illərin ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun gövdəsinə söykəyir və gözlarini yumub bir zamanlar öz əli ilə əkdiyi bu əzəmətli ağacın rişələri ilə əbədi olaraq doğma torpağına qovuşur. Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var, torpağa qovuşmaq əbədiyyata qovuşmaqdir. Torpağsa əbədidir. Ən güclü tufanlar, qasırğalar belə toz-tozanaq qaldırsa da, torpağın üstüdəkiləri uçurub dağıtsa da torpaq yerində qalır. Kanardan gətirilmiş zorakı inqilablar da elədir-saysiz-hesabsiz insan ölümü , müsibətlər , faciəlar hesabına cəmiyyətdə xırda-para nələri isə dəyişə bilsə də, xalq mənəviyyatını, xalq ruhunu tamam hv edə bilmir. Be olmasaydı, adət-ənənələrimiz, dilimiz, basqa milli dəyərlərimiz bu günə kimi yaşamazdi. "Ölən dünyam'' romanını oxuyub qurtardıqdan sonra, istər-istəməz, məhz bu sayaq düşüncələrə qapılırsan...
İntiqam Qasımzadə (Ön söz)
Mənə rahatlığımi qaytarmaq üçün, eğer,
Yorgun tebietde de yoxdursa elac,kömek,
Demek ki,çare yoxdur,bitmeyecek bu keder,
Hec bir umid yolu da menimçin yoxdur, demek!
Elə bil,məni heyata bağlayan ipler bir anda boşaldi. Çunki ne men xosbext idim,ne o,ne ozume bir gün aglamaq iqtidarindaydim,ne ona.ne ozume teselli tapirdim,ne de ona.