Vərdişləri yaradan mükafatları təyin etmək üçün müxtəlif mükafatlarla sınaqdan keçməli olacaqsınız. Bu bir neçə gün, bir neçə həftə və ya daha uzun çəkə bilər. Bu dövrdə vərdişinizi dəyişdirməyə cəhd etməyin. Siz hələ məlumat toplama mərhələsindəsiniz.
Bəzən elə olur ki, öyrəndiyimizi bilmədən özümüz haqda nələrsə aşkar edirik-deyə Proçaska mənə dedi. Elə ona görə də deyirəm ki, bəzən nəyinsə alınmamağı vacib amildir. Bu hətta könlümüzdə olmasa belə bizi öyrənməyə vadar edir.
Siqaret çəkənə siqareti birdəfəlik tərgidənə qədər heç olmasa yeddi dəfə tərəddüd edirlər, tərgidirlər, sonra yenidən başlayırlar və beləcə bu davam edir. Bu cür təkrarları uğursuz olaraq görmək adamı şirnikləndirir, ancaq bunlar sadəcə real eksperimentlərdir.