Rəssam mən çox danışanam
Sən susduğum yerləri çək
Barışanda mən çəkərəm
Sən küsdüyüm yerləri çək 🥀🥀
🥀🥀
Çək gözümün ,qarasını
Ağrısını yarasını
Mən ömrümün hamsını
Sən kəsdiyim yerləri çək 🥀🥀
🥀🥀
Söz yazıram vərəq yoxdur
Yaşayıram ürək yoxdur
Yalanlara gərək yoxdur
And içdiyim yerləri çək 🥀🥀🥀🥀