Elxan Elatlıdan ən son oxuduğum və "daha bəsdir" dediyim o "möhtəşəm" kitab.Şişirtmək istəmirəm,amma heç vaxt bu qədər iyrənc kitab oxumamışdım.Kitab mənim üçün tamamilə təhqir
Ben, Kirke
Olduqca axıcı, düşündürən bir kitab olan " Ben,Kirke " oxuduqdan sonra qəlbimi fəth etdi, desəm,yeridir. Mifologiyaya olan marağım məni bu kitaba başlamağa sövq etdi və yaxşı ki, oxumuşam. Bir titanın ailəsində doğulan və çirkin olduğuna görə daima alçaldılan Kirkenin kitabda möhtəşəm obraz inkişafı verilmişdir. İllər keçdikcə Kirkenin kamilləşməsi, səhvlərinin fərqinə varması və onları düzəltmək üçün çabalaması çox gözəl idi. Əslində Kirke demək olar ki, gözümün qabağında böyüdü, özünü əzdirmədi və davamlı olaraq öyrəndi. Oxuyarkən özümü daima Kirkenin yerinə qoydum, bəzən burda nə edəcək deyə düşündüm, amma Kirke sınaqları uğurla keçdi. Qeyd etmək istəyirəm ki, bu kitab mənim Əbədi yaşamla bağlı düşündürdü. Belə qənaətə gəlirəm ki, əbədi yaşamaq olduqca dəhşətlidir. Təsəvvür edin ki, 100 illər keçir, siz artıq bir insanın yaşaya biləcəyi hər şeyi yaşamısınız, amma hələ də əbədi göz yummaq fikriniz yoxdur.Yaxşı,etiraf edim ki,200 il sonrası mənə də çox maraqlıdır,amma heç vaxt ölməyəcəyini və ölə bilməyəcəyini bilmək daha pisdir.Kaş 100 ildən bir dirilib 3 gün yaşayıb dünyada yeni nə olub öyrənib yenidən ölsək hhahsahsh
Ben, KirkeMadeline Miller · İthaki Yayınları · 202444,2bin okunma
Mərtəbələr
"Mərtəbələr" illər öncə oxuduğum və bitirdikdən sonra da mənə təsir edən kitab idi. Yadımdadır ki, hətta bu Kitab sonda bacımı ağlatmışdı. Bu kitabı indiki Elxan Elatlı nifrətim olsaydı oxuyardım ,yoxsa yox bilmirəm, amma kitabdakı ailə münasibətlərinin reallığa uyğun yazıldığını düşünürəm. Əsərdə yaradılan ailə başçısı İbrahimin kasıblığın və mənim gözümdə nankor, düşüncəsiz ailə üzvlərinin qurbanına çevrilməsi tamamilə travma idi. Məhz buna görə də düşüncəsizlik mənim üçün ən pis insan xislətidir. Düşüncəsizcəsinə deyilən sözlər və şəxsdən istənilən hərəkətlər bəzən onsuz da batmış bir insanın tamamilə çökməsinə səbəb ola bilirmiş. Kitab obrazı olsa da, İbrahimin yasını hələ də saxlayıram
Bu arada yazanda ağlıma gəldi və qeyd etməyi özümə borc bilirəm ki, Elxan Elatlı öz nanəcib sevgi və sədaqət hislərini az da olsa, heyif ki, bu kitabda da hiss etdirdi. Yaxşı ki, oxuyanda uşaq idim,o vaxtkı balaca Süsən çox diqqət etməyib