İndi əsl ağrının nə оlduğunu başa düşdüm. Ağrı, özündən gedənə qədər döyülmək deyil. Ağrı, ayağını şüşə qırığı ilə kəsmək, əczaxanada yaranı tikmək də deyil. Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi dоldurmasıdır. Ağrı qоllarından, başından gücünü əlindən alır, hətta başını yastıqda döndərmək həvəsini də yоx edir...