Dinlər bəşər tarixi boyu ən çox müzakirə edilən, daim diqqət mərkəzində olan və fundamental nəzəri və praktiki biliklərin toplusudur.
İnsan cəmiyyəti müxtəlif forma və məzmunda dinlər haqqında mülahizələrini irəli sürüb, aydınlaşdırmağa cəhdlər ediblər.
Əlbəttə bu yöndə ən etimad göstərilən din biliciləri və daşıyıcıları elə peyğəmbərlər və onların davamçılarıdır. Dinin özünü, həqiqətəni dərk etmək üçün onu, ona yapışan tabu və "artıq yüklərdən" azad etmək lazımdır.
Dinlərin insanın kamillik zirvəsinə çatdırmaq iddiası onu cəzbedici edən ən güclü tərəfidir. Bizlər yalan yanlış bir çox "dini" nəzəriyyələrlə yüklənmişik. Bir çox hallarda din haqqında fikirlərimiz isə həqiqətdə dindən çox uzaqdır.
O səbəbdən də istər inanclı şəxslərin istərsə də materialistlərin əsas işləri bu dini gerçəkliyi daha yaxından tanımaq, daha diqqətli analiz etməkdir. İnkar etdiyini də məntiqilə, müdafiə etdiyini də məntiqilə qəbul etməlisən.
Kitab bu yöndə çox güclü bazaya malikdir. Və bilirəm ki, bu tipli kitablar bayağı romanlar kimi məşhurluq əldə etməyəcəklər. Ancaq dərin biliyə, sağlam təfəkkürə sahib olan hər kəsin oxumasını, irdak potensialını gücləndirməsini şiddətlə tövsiyə edirəm.