Bu gün səhər onun yanına gələndə mənə dedi ki, problemlərimi çözmək üçün özümü dərk etməyim çox vacibdir. Cavab verdim ki, mənim heç bir problemim yoxdur.
O güldü və ayağa qalxıb pəncərəyə yaxınlaşdı.
- Ağlın artdıqca, Çarli, onlar da çoxalacaq.
Artıq başa düşürəm ki, universitetin əsas vəzifələrindən biri insanlara həyatları boyu inandıqlarının, əslində qətiyyən bu cür və heç nəyin göründüyü kimi olmadığını izah etməkdir.
Əgər ömür boyu uşaq qalmaq istəmirsənsə, başqalarının nə deyəcəyini gözləmə. Qərarı özün qəbul etməli, nəyin doğru olduğunu özün hiss etməlisən. Özünə etibar etməyi öyrən.