• Yenə o bağ olaydı, yenə yığışaraq siz
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim,
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər axşam.
    Arzuya bax sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?

    Yenə o bağ olaydı, yenə sizə gələydik,
    Danışaydıq, güləydik.
    Ürkək baxışlarınla ruhumu dindirəydin,
    Məni sevindirəydin.
    Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
    Qardaşından, bacından
    Çəkinərək çox zaman söhbəti dəyişəydin,
    Mənimlə əyişəydin.
    Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
    Sən, ey əsmər bənizli.

    Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
    Vay o qəlbə ki, boşdur!
    Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
    İnsanlar daha məsud.
    Duyğular daha incə, fikirlər daha dərin,
    Ürəklər daha sərin.
    İnsanların vüqarı, tələbi daha yüksək,
    Yolumuzdan daş, kəsək,
    Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
    Bu yaz, bir başqa yazdır!

    Yenə o bağ olaydı, yenə o qumlu sahil,
    Sular ötəydi dil-dil.
    Saçın kimi qıvrılan dalğalara dalaydım,
    Dalıb ilham alaydım.
    Əndamını həvəslə qucaqlarkən dalğalar,
    Qəlbimdə qasırğalar,
    Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
    Məni hirsim boğaydı.
    Cumub alaydım səni dalğaların əlindən,
    Yapışaydım belindən.
    Xəyalımız üzəydi sevda dənizlərində,
    Ləpələr üzərində.
    İlhamımın yelkəni, zərrin saçın olaydı,
    Sular xırçın olaydı.

    Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

    Gəlin baxın Xəzərə.
    Çıxalım Buzovnada kiçik qayalıqlara,
    Seyrə dalım bir ara...
    Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
    İşıqlar jalə kimi.
    Çilənib dağılarkən ətrafa damla-damla,
    Ən yaxın bir adamla.
    Nə gözəldir dinləmək suların nəğməsini,
    Təbiətin səsini!
    Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
    Bu sərin sahilləri!

    Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
    Aşıb-daşan duyğumuz.
    Şəklindəki sulara, baxaraq ləzzət almaq,
    Bu mavi şerə dalmaq.
    Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
    Bəzən hürküb çəkinmək.
    Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
    Bizim bu həyat kimi!

    Yenə o bağ olaydı sevdalar ölkəsində,
    O söyüd kölgəsində.
    İnci qumlar üstündə yenə verib baş-başa,
    Yayı vuraydıq başa.
    Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
    Dolu qədəhlər kimi.
    Yarpaqlar arasından uzadaraq əlini,
    Oxşayaraq telini.

    Gecələr darayaydı saçlarını ay gözəl!
    Sən gözəlsən, ay gözəl?
    Əllərində əllərim, gözlərində gözlərim...
    Asılaydı sözlərim
    Könlünün qulağından bir qızıl tana kimi,
    Günəş doğana kimi.
    Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
    Can-ciyər olacaqlar.
    Bir az da uzaqlara açacaqlar yelkəni,
    Ruh yeni, həyat yeni...
    Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
    Buludların fövqünə.
    Uçacaqlar sabaha, uçacaqlar yarına,
    Efir boşluqlarına.
    Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
    Bu insan oğlu bilsən.
    Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.

    Yenə o bağ olaydı, yenə yığışaraq siz,
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim.
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər-axşam.
    Arzuya bax, sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?
  • 1080 syf.
    ·8 günde·Beğendi·10/10
    Stephen King-Mahşer 1216 səhifə

    1973-1988-ci illərdə yazılmış möhtəşəm şahəsərlərdən biridir deyərdim.

    Koronavirus pandemiyasından sonra evdə karantin dövrü üçün nə oxusam deyə çox qərarsız qaldım və kitabxanamda olan, ancaq oxumağa qorxduğum (qalınlıq,səhifə sayı və çətin dəsti xəttə malik olması qorxusu) Stephen Kingin Mahşer kitabını oxumağa qərar verdim. İlk səhifələrdə çox qəribə hislər keçirdim. 1990-cı il üçün yazılmış bir kitabda 30 il sonra baş verəcək pandemiya, onun simptonları və nəticələri sözbəsöz müfəssəl təsvir olunub (ölüm faizi istisna olmaqla).Və bu gün koronavirusa qarşı acizlik və açıq şəkildə ölümlə üzbəüz qalmağımız məndə bu hisləri oyatdı.

    1990-cı ildə Amerikada bioloji sınaq labaratoriyalarının birində təhlükəsizlik boşluğu olduğu üçün sızıntı baş verir. Tənəffüs yollarında daxil olaraq bədəni iflic edən qrip formasında olan virus, bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilir. Qısa müddətdə bütün Amerikaya və digər ölkələrə yayılır. Heç bir karantin tədbiri,qadağalar nəticə vermir. Xəstəliyin öldürücülük dərəcəsi 99.4%-dir. Kaptan Trips adı verilən virus 1 ay müddətində bütün dünyanı cənginə alır və hər bir şəhərdə qəsəbədə sayılı insanlar sağ qalır.

    Əsər 3 hissədən ibarətdir. 1-ci hissədə xəstəliyin yayılması, ölümlər,dövlətin xəstəlik qarşısında acizliyi. İnsanların sevdiklərinin gözləri qarşısında ölümü, ümumi kitabın mövzusuyla tanışlıq xarakteri daşıyır. Şəhərlərdə xaos hökm sürür. Ordu nəzarəti əlində saxlaya bilmir. Medianı məhdudlaşdırmağa cəhd belə uğursuzluqla nəticələnir. İnsanlar canı bahasına xəstəlik barədə informasiya ötürülməsini həyata keçirməyə çalışırlar. Ümumi mövzunu başa düşmək üçün təxminən 400 səhifə oxumaq kifayətdir.

    2-ci hissədə xəstəlikdən sonra sağ qalan şəxslərin bir araya gəlməsi, özlərinə yaşayış üçün şəhərlər seçməsi, bəşəriyyəti xilas etmək üçün atılan addımlar, psixoloji movzular, sevgi, nifrət, dostluq və digər məsələlərə toxunulur. Atasını tək dəfn edən Frannie Goldsmith, Anası əllərində vəfat edən Larry Underwood, bütün ailəsini itirmiş yeniyetmə Harold, lal-kar olan ancaq yazmağı və dodağoxumağı bacaran Nick Andros və onunla qarşılaşan və oxumağı bacarmayan Tom Cullen hissələri çox maraqlı idi. Həbsxanada tək qalan və yan otaqdakı həbsxana yoldaşını yeməyə çalışan Lloyd hissəsi isə əsərin ən iyrənc yeri idi... Sağ qalanların qarşısında 2 seçim var. Ya pislik tərəfdarı Randall Flagı seçib qərbə getmək, ya da Tanrını təmsil edən 108 yaşlı rahibə Abigail ananı seçib şərqə doğru hərəkət etmək.

    3-cü hissə də isə xeyir və şərin amansız mübarizəsi yer alır. Və bu hissə 1 nəfəsə oxunur deyərdim. Stuart Redmanla Tom Cullenin maraqlı səyahəti isə sonuncu hissəyə xüsusi rəng qatır.

    Əsərdə ən çox diqqətimi çəkən hissə o oldu ki, təsəvvür edin şəhərdəsiz bomboşdur. Hərşey var əlinizdə- silah, yemək, paltar, maşınlar, qızıl-ləl cəvahirat. Ancaq hamısı dəyərsizdir. Sizə artıq hərşeydən çox insan lazımdır. Danışmaq,ünsiyyət, hisləri bölüşmək, ictimailəşmək əsas probleminizə çevrilir. Və sizin üçün hava və sudan sonra ən vacib faktor insan faktoruna çevrilir. Ona görədə gəlin evdə qalaq və cəmiyyətimizin dəyərini dərk edək.

    P.S. Kitab 9 günə bitdi. Məni ən çox sıxan 2-ci hissədəki uzun fəsillər oldu) kitabı almağımın isə maraqlı tarixçəsi var)
  • İyilikler de kötülükler gibidir. Beraber gelirler.
  • "Yenə o bağ olaydı, yenə yığışaraq siz
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim,
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər axşam.
    Arzuya bax sevgilim, tellərindən incəmi ?
    Söylə ürəyincəmi ?

    Yenə o bağ olaydı, yenə sizə gələydik,
    Danışaydıq, güləydik.
    Ürkək baxışlarınla, ruhumu dindirəydin,
    Məni sevindirəydin.
    Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
    Qardaşından, bacından.
    Çəkinərək çox zaman söhbəti dəyişəydin,
    Mənimlə əyişəydin.
    Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
    Sən ey əsmər bənizli.

    Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
    Vay o qəlbə ki, boşdur!
    Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
    İnsanlar daha mə’sud.
    Duyğular daha incə, fikirlər daha dərin,
    Ürəklər daha sərin.
    İnsanların vüqarı, tələbi daha yüksək,
    Yolumuzdan daş, kəsək,
    Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
    Bu yaz, bir başqa yazdır!

    Yenə o bağ olaydı, yenə o qumlu sahil,
    Sular ötəydi dil-dil.
    Saçın kimi qıvrılan, dalğalara dalaydım,
    Dalıb ilham alaydım.
    Əndamını həvəslə, qucaqlarkən dalğalar,
    Qəlbimdə qasırğalar,
    Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
    Məni hirsim boğaydı.
    Cumub alaydım səni dalğaların əlindəni,
    Yapışaydım belindən.
    Xəyalımız üzəydi, sevda dənizlərində,
    Ləpələr üzərində,
    İlhamımın yelkəni, zərrin saçın olaydı,
    Sular xırçın olaydı.

    Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
    Gəlin baxın Xəzərə.
    Çıxalım Buzovnada kiçik qayalıqlara,
    Seyrə dalım bir ara...
    Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
    İşıqlar jalə kimi.
    Çilənib dağılarkən ətrafa damla-damla,
    Ən yaxın bir adamla.
    Nə gözəldir dinləmək suların nəğməsini,
    Təbiətin səsini!
    Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
    Bu sərin sahilləri!

    Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
    Aşıb-daşan duyğumuz.
    Şəklindəki sulara, baxaraq ləzzət almaq,
    Bu mavi şe’rə dalmaq.
    Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
    Bə’zən hürküb çəkinmək.
    Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
    Bizim bu həyat kimi!

    Yenə o bağ olaydı sevdalar ölkəsində,
    O söyüd kölgəsində.
    İnci qumlar üstündə yenə verib baş-başa,
    Yayı vuraydıq başa.
    Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
    Dolu qədəhlər kimi.
    Yarpaqlar arasından uzadaraq əlini,
    Oxşayaraq telini.

    Gecələr darayaydı saçlarını ay gözəl!
    Sən gözəlsən, ay gözəl?
    Əllərində əllərim, gözlərində gözlərim...
    Asılaydı sözlərim.
    Könlünün qulağından bir qızıl tana kimi,
    Günəş doğana kimi.
    Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
    Can-ciyər olacaqlar.
    Bir az da uzaqlara açacaqlar yelkəni,
    Ruh yeni, höyat yeni...
    Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
    Buludların fövqünə.
    Uçacaqlar sabaha, uçacaqlar yarına,
    Efir boşluqlarına.
    Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
    Bu insan oğlu bilsən.
    Azadlıq ölkəsində daha şad olacaqdır,
    Dünya dad alacaqdır.

    Yenə o bağ olaydı, yenə yığışaraq siz,
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim.
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər-axşam.
    Arzuya bax, sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?.."🍂🍁