Bir tanış uşaq var. Belə baxanda, o qədər də pis uşaq deyil. Cana yaxındı. Yalan olmasın, iki gündən bir zəng edir, yazır. Necəsən? Nə var nə yox? Evdə-eşikdə, çöldə-bacada nə var nə yox? Nə qulluq edim, nəyə ehtiyac var? Qadan alım, başına dönüm, can deyər, can eşitməsə, bir də can deyər. Qaynana təzə kürəkənin başına dolanan kimi başına dolanır. Çay içirsən, stəkan boşalan kimi tez deyir, can, qadan alaram, sən əziyyət çəkmə. Hələ bundan da artığı. Mənzərəni gözünüzdə canlandırın zəhmət olmasa, görün, siz də diksinirsinizmi? Adam dostluğunu, sədaqətini hər mümkün variantda göstərsə də, suni gəlir. Alışa bilmirsən, onun bu yaxşılıq etmək istəyi bezdirir, davamlı yaxınlığı bezdirir. Yenə deyirəm, bəlkə də ən normalı budur, amma nəsə o deyil e. Dərd odur ki, belə olmayanda da adam inciyir. Nəsə orta bir variant, məxrəc olmalıdır. İşi düşəndə hal-əhval tutan adamlar kimi. Şəxsən mən bundan incimirəm. Ən səmimisi budur. Mənə hər gün yazmaq, halımı soruşmaq məcburiyyətində deyil kimsə. İşi düşüb, dara düşüb, ağlına gəlmişəm. Yaxşı olar ki, həmin adamlar da bir başa sözünü desin, tay kivrəsi olduğum uşağın cükünə qədər maraqlanmasın. Ümumiyyətlə, gəlin, hərdən bir-birimizi rahat buraxaq. Tək qalmaq istəyəndə artistlik edib onu ondan çox sevirmiş kimi göstərib, həyatına paz olmayaq. Əgər bir adam dərdini demək istəmirsə, danışmağa ehtiyacı yoxdursa, dirənməyin də adı yoxdur. O cümlədən belə olmayanda da üz üzdən utanar prinsipi ilə yanaşmayaq. Sadə, səmimi, mehriban olaq. Xahiş edirəm, təklifimi dəyərləndirin.
Səməd Vurğun - Şair, nə tez qocaldın sən?! (1953) . Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən?
Reklam
Səməd Vurğun
Səməd Vurğun - Şair, nə tez qocaldın sən?! (1953) Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən?
Son zəng günü
Sinif otağında, illərlə oturduğumuz partanın arxasında sinif rəhbərinin son sözlərinə qulaq asırdıq. İllərlə oturduğumuz partanın arxası dedim, amma oğlanlarla partaların üstünə çıxıb oyun oynamaqdan üç sinif otağı dəyişmişdik. Direktor müavini bu sinif otağının açarını verəndə barmağını sallayıb qətiyyətlə demişdi: “Bax ha, bu sinif otağını da
Kənd tualetləri )))
Gecə, siz də bağışlayın, böyük bayırın gəlir, qalxırsan ki, gedəsən, yadına düşür, tualetə çatmaq üçün bir stansiya yol qət etməlisən. Əlində fanar, düşürsən aşağı, itlərin hürüşünün müşayiəti ilə bağa girirsən, gedirsən, gedirsən... Yol isə bitmək bilmir, üfiqdə tualet, zad görünmür. Bizim İmişlidəki kəndimizdə də tualetin uzaqlığı adamın
2022 ilində oxuduğum kitabların siyahısı
1.Stefan Zweig- Korku 2.Əlibala Hacızadə -İtkin gəlin 3.Roald Dahl- Çarli və şokolad fabriki 4.Mişel Yoanq -Çingiz xan 5.Pierre Boulle-Maymunlar gezegeni 6.W. Shakespeare- Bir yaz gecesi rüyası 7.Katerin Əplqeyt -Tək və yeganə Ayvan 8.Trensis Börnet-Sirli bağ 9.Erik Nays-Lessi 10.Herbert Uells-Dünyanlarin savaşı 11.İlqar Kamil -Ayriliq
Reklam
59 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.