Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ulvi ZIYA

Ulvi ZIYA
@ulviziya
8 okur puanı
Kasım 2015 tarihinde katıldı
Ulvi ZIYA tekrar paylaştı.
"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -
Sayfa 28 - kitapKitabı okudu
Reklam
Ulvi ZIYA tekrar paylaştı.
"....Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib
Sayfa 7 - kitapKitabı okudu
Ulvi ZIYA tekrar paylaştı.
"..... Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura Qarabağdı- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura Adəmin vətənidi, bura Azərbaycandı, bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda Şəhid olmaq hər kəsə nəsib olmur... O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə... İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir..."
Sayfa 24 - Kitap - http://kitabxana.net/files/books/file/1430716832.pdfKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Ulvi ZIYA tekrar paylaştı.
Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi...
Sayfa 12 - KitapKitabı okudu
Ulvi ZIYA tekrar paylaştı.
".....-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu...”- aparıcının səsi eşidildi. - Pozmadıqları gün olur ki? - Seyid ayağa durdu. Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi... Az qala bütün bilindaj silkələndi. -Pozublar, pozublar... Qurban olum, ay Allah, sən özün mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” Əmrini versəydi!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü... "
Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdfKitabı okudu
Reklam
56 syf.
10/10 puan verdi
·
Beğendi
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac
9.9/10 · 251 okunma
Ulvi ZIYA tekrar paylaştı.
100 syf.
10/10 puan verdi
·
Beğendi
Bizde bir mesel var deyerler: -" ÇÖRƏYİ VER ÇÖRƏKÇİYE BİRİNİ DƏ ÜSTƏLİK" - və ya bu yaxınlarda sevimli yazarlarımdan biri olan Zaur USTAC-ın bir beyiti çox xoşuma gelmişdi: - "QIZIL DƏMİRÇİNİN ƏLİNDƏ ANCAQ, UZAĞI ÇOX NƏFİS BİR NAL OLACAQ" - yəni bir qrup yazarlar var ki, onların yazdıqlarına sadəcə quru bir yazı kimi baxmaq olmur menim bele yazarlarımdan biri də ANTUAN dö SENT-EKZÜPERİ-dir (bu siyahıda Emmanuil KAZAKOVİÇ və Zaur USTAC da var- məncə Emm. Kazakoviç daha dəqiq təsvir edir hətta Remarkdan da əlbətdə bu mənim subyektiv fikrimdir.) Hə mətləbdən uzaqlaşmayaq Ekzüperinin təsvir etdiyi bütün lövheler elə təbii və canlıdıır ki, oxuduqca özünü oxucudan çox hadisələrin bilavəsitə iştirakşısı kimi hiss edirsən... BU YAZAR HAQQINDA FİKRİMİ BİR CÜMLƏ İLƏ BELƏ İFADƏ EDƏRDİM- LEVİTANIN FIRÇA İLƏ YARATDIQLARIN EKZÜPERİ EYNİ İLƏ QƏLMLƏ YARATMIŞDIR.... - bu "Gecə Uçuşu" - nun əvvəlindən sona qədər bütün təsvirlərdə göz qabağındadır....
Gece Uçuşu
Gece UçuşuAntoine de Saint-Exupéry · Dünya Yayıncılık · 20052,529 okunma
Ulvi  ZIYA
@ulviziya·Bir kitabı okumayı düşünüyor
Savaş Pilotu
Savaş PilotuAntoine de Saint-Exupéry
7.2/10 · 1.336 okunma
Reklam
Ulvi ZIYA tekrar paylaştı.
"Baxmayaraq ki, Emmanuil Kazakoviç müharibəyə peşəkar əli qələmli ədəbiyyatçı kimi çağrılmışdı cəbhədə o bu vəziyyətdən bir dəfə də olsun istifadə etməmiş, o qanlı-qadalı illərdə təmiz və şərəfli xidmət yolu keçmiş, yalnız müharibə bitdikdən sonra yalnız peşəkar hərbiçilərin bələd ola biləcəyi xırda və vacib detallarla zəngin ölməz sənət əsərləri yaratmışdır. Məhz buna görə onun yazdıqları dövrünün digər sovet yazarlarının yazdıqlarından fərqlənirdi...."
Sayfa 3 - A. Tvardoviskiy "Sovet Yazarları" 1972.
33 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.