SPOİLER
Oxuduğum ən düşündürücü kitablardan biri idi..Həmçinin dəfələrlə baş qəhrəmana qarşı münasibəti dəyişdirən)
Dorian Gray bəlkə də hər kəsin istədiyi şeyi bacarsa da,yəni ruhunu,üzünü gizlədib sadəcə gözəlliyini insanlara tanıtsa da, əslində sonda bunun necə bədbəxtlik olduğunu görürük. Çünki insan hamıdan qaça bilər,amma öz vicdanından yox)) Hansıkı kitabda Dorian “vicdanı” olaraq o tablonu adlandırır.
başlarda Doriani nə qədər çox sevsəm də, sonradan etdikləri ilə gözündən düşməyi, kitabın sonuna qədər cəzasını çəkməyini istəməyim lakin son anda ölməməyini arzulamağım duyğu qarışıqlığı yaratdı. Məncə əsər elə belə də sonlanmalı idi, öz vicdanından,ruhundan qaça bilməyən Dorian,tabloyla özü vidalaşmalı idi..