• Mənim elədiyim işi başqası da görə bilər,bəlkə məndən 100 dəfə yaxşı,ya da bir az pis, fərqi yoxdu hərhalda başqasıda görə bilər.Bəs mənim necə deyərləe mütləqliyim,əvəzsizliyim nədir,mənim öz yerim hardadır ki,o yerdə məni heç kim əvəz edə bilməz? Şəxsən mənim məqsədim,konkret olaraq məqsədim nədir?
  • Deyir bəzi adamlar otaqlarında qapı və pəncərələri güzgülərlə əvəz edir,yəni hara baxır özünü görür.Belə adamlar üçün yalnız özü mövcuddur.Onun üçün nə pəncərədən görünən mənzərə var,nə də qapının dalındakı həyat.Ancaq gözgü.Ancaq özü.İkinci qisim adamlar pəncərədən baxır.Pəncərədən dünyanı seyr edirlər,baxırlar,seyirçidirlər.Pəncərədən gördükləei yaxşılıqları,pislikləri ancaq kənardan müşahidə edirlər.Və nəhayət,üçüncü qisim insanlar qapını açıb həyata insanların yanına çıxanlardır.
  • Əldə bir qədəh şərab səni əvəz eləmir
    Həsrətli xatirələr səni əvəz eləmir...

    https://youtu.be/fJZpMWDGYXc
  • Vəz etməyə gedirəm, vəz etmək istəyirəm. Nəyi? Həqiqəti, çünkü onu görmüşəm, öz gözlərimlə görmüşəm, onun bütün əzəmətini görmüşəm!
  • Tərifləri, sadəcə, dinləmək, onlardan istifadə etmədən və nüfüz qazanmağa çalışmadan qiymətləndirməyi bacarmaq lazımdır. səh10

    Yazıçı hər zaman yazdığı əsərə sadiq olmalıdır. Çünki yazılar onun təkamülünün əksidir. Bu, keçmişdəki işlərin hər zaman mükəmməl olduğu anlamını vermir. Sadəcə, bu işlər insana kim olduğunu xatırladır və onu daha yaxşı işlər görməyə sövq edir. səh.10

    Yazıçı - yazdıqlarının haqqını verməlidir. Sözlər-yazıçının materialıdır. Onları israf etmədən istifadə etməlidir. səh12

    Yazıdan (ədəbiyyatdan anlamında) nüfuz qazanmaq üçün istifadə etmək - mədəniyyətsizlikdir. səh13

    Yazıçı olmaq fərqli olduğunu yox, güclü təxəyyül, təsəvvür və müşahidə qabiliyyətinə malik olduğunu göstərir. Bu bir fərasətdir. səh13

    Oskar Wilde əsərlərində insanların törətdikləri bütün bəd əməllərə haqq qazandırır, bunun üçün əsaslı səbəblərininin olduğunu iddia edirdi. Xeyr, Wilde əxlaqsız deyildi. Onun bu marağı yalnız intim bir səbəbə köklənirdi - homoseksual olmağına. Bu isə ingilis qanununa əsasən cinayət sayılırdı. Ona oğruları və qatilləri tərifləməyi tapşırmışdılar, Wilde isə onları sevməyə və anlamağa məcbur idi. Kişinin kişiyə məhəbbətinin cinayət hesab olduğu bir ölkədə, gözlənən qalmaqaldan uzaqlaşmaq üçün Wilde.ın cinayəti incəsənətə çevirməkdən başqa yolu yox idi. səh14

    Bir incəsənət əsəri insanın nəfəsini kəsir, ürəyinin döyüntüsünü sürətləndirir, onu başqalaşdırır, səslərə, rənglərə, formalara qarşı münasibətini dəyişir. Düzdür, bu bizi birbaşa ölümə aparmasa da, o zamana qədər olan düşüncələrimizi öldürür və onu daha qəribə, daha mürəkkəb düşüncə ilə əvəz edir. səh15

    Hər birimizin içində qısqanclıq hissi var. Bəlkə də zəifliyimizdən irəli gəlir, ancaq bu neqativ hissi pozitiv enerjiyə çevirmək mümkündür. səh18

    Ədəbiyyat iki şeydən əziyyət çəkir: birincisi, ədəbiyyat tarixinə həddən ziyadə önəm verməkdən, ikincisi isə, şöhrətpərəstlikdən. səh20

    Kitab - sehrli əşyadır. Ədəbiyyat təkcə zövqləri oxşamaq üçün yaranmayıb, bəzən insanların həyatını da xilas edir. Bəlkə də etinasız bir cəmiyyətdə yaşadığımız üçün bu fikir şişirdilmiş kimi görünür, ancaq sözümün arxasında dayanır və bİr daha təkrar edirəm: ədəbiyyat insanların həyatını xilas edir. səh20

    Kitablar həyatımızı dəyişmək üçün bir silah, bir vasitədir. Məhz kitblarda yer tutan utopiya və xəyallar insanları bunu reallaşdırmağa sövq edib. səh20-21

    Rişxənd aqresiyaya yol açır... Qısqanclıq - insanın həyat eşqini tükəndirir. səh22

    İnsan əlaqələrinin əsasını zərifliklə bağlamaq - bu, ən zərif yanaşmadır. səh23

    Yaltaqlıqdan qorunduğumuz kimi, bu xüsusiyyəti insanlardan da qorunmalıyıq. Çünki belələri "həqiqəti demək" bəhanəsi ilə insanların qəlbini yaralayır. səh23

    ...dostlarına etibar et, ancaq heç vaxt öz yolundan və şəxsi fikirlərindən danışma. Sənətkar olmaq, həm də başqalarının istədiyi şəkildə yaşamaqdan imtina etməkdir. Səni yaralamaq üçün dostluqdan istifadə edən insanlardan uzaq ol.səh24

    Delez Qodard haqqında belə deyirdi: "Bu tənha insan çox işləyir, ancaq onun tənhalığı adi tənhalıq deyil, qeyri-adidir. Fantaziyalarla, xəyallarla, planlarla dolu bir yalnızlıqdır. Yaradıcı və mürəkkəb bir tənhalıq..." səh25

    Dostluq - etikadır. O, insana yaşamaq və işləmək əzmi verir. Həmçinin, dostluq, üzərimizdə işləməyə və zövqləri kəşf etməyə yardım edir. səh25

    Qadınlarda yumor hissini açıq saçıqlıq kimi qiymətləndirirlər. səh26

    Komediya faciənin əksi olmadığı kimi, yumor da kədərin əksi deyil. səh26

    Ədəbiyyatda yumor çatışmazlığı mazoxizm əkamətidir. Yumor xəstələrin, depressiyada olanların və ipoxondriklərin silahıdır. Dünyaya qarşı fərqli yanaşmanın və münasibıtin təzahürü, eyni zamanda dünyəvi problemlərin həll yoludur. Yumor sağalması mümkünsüz görünən mənfi insan münasibətlərinin yeganə təbibidir. Yumor - nəzakətli ümidsizlikdir, ölümə və hazırki bərbad vəziyyətə qarşı istifadə edilə bilən ən məhvedici əjs-hücumdur. Məmnun qalmağın və məmnun etməyin əsas yoludur. Yumor - ciddiliyin yox, ciddilik ruhunun əksidir. İstehzalı gülüş güclü insanların gülüşüdürsə, yumor aşağı təbəqələrə məxsus gülüş növüdür. səh27

    Svift yazır: "Millət, peşə və icma anlayışlarına hər zaman nifrət etmişəm. Yalnız insanları sevirəm".səh28

    Bəzən ixtisaslaşmaya qarşı çıxan və eyni zamanda bur neçə sahə ilə maraqlanan insanlara tənqidlə yanaşırlar. Çünki onların məqsədi insanları həşərata döndərməkdir... Maariflənmiş cəmiyyətin simvolu dahilər olmalıdır. Bu həyata, incəsənətə və elmə qarşı ən yaxşı münasibətdir. səh29

    Həqiqətlərini yalnız dostlarınla paylaş. Mark Tven: "Yalnız ölülərə həqiqəti söyləməyə icazə verirlər" - deyirdi. Heç bir dövr kifayət qədər sivil və tolerant deyil. səh30

    Ölüm hər zaman bizim yanımızdadır, o bizi müşahidə edir və bizə işarələr göndərir. səh30

    Hərdən düşünürəm ki, evimin divarlarını ləğv etsələr, kitablarım onları əvəz edə bilər. səh30

    Dil normativlərə qarşı aparılan mübarizə formasıdır. səh32

    Roman bir istiqamətdə uçan ox deyil, bu, avtoportret kimidir. Durmadan bir yenilik edir, onu daha da zənginləşdirirsən. səh.33

    Zənnimcə, əsl plagiat insanın özündən oğurladığıdır. Bir çox yazıçılar çox zaman yemi yazdıqları əsərdə əvvəllər istifadə etdikləri mövzulardan yararlanırlar. Əgər bu insanı inkişafa doğru aparırsa, məncə, bunun heç bir mənfi tərəfi yoxdur.səh35

    Əsl naşir fikirlərini müştərisinin fikrinə uyğunlaşdıra biləndir. səh42

    "Yazıçı əsərlərini tək başına yaradır" düşüncəsi yanlışdır. Yazıçının keçmişi, ailə həyatı, digər yazıçılar və dostları bir növ ona ilham pərisi olur. Bir artist heç zaman tək deyil. səh42
  • Başqası ilə əvəz edildiyini bilən birisi təhlükəli ola bilərdi.
  • Sən öz əzablarınla kimsəni incitməməyi bacarırsan. Sən aktrisasan. Lazım gələndə göz yaşlarını şən qəhqəhələrlə əvəz edə bilərsən. Sən böyük sevgi hicranının nə demək olduğunu duyub hiss etmisən.