İskəndər. Cəlal, bilirsən Sokrat nə deyirmiş?
Cəlal. Sokrat kimdi?
İskəndər. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çox- danın adamı idi. Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm, amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm". Xa... xa... xa!