Xasay - povest
Böyük tənəffüsdə bir gün Xasay həyətdə oynarkən sinif yoldaşı Rəşid bilmədən ona şiddətlə toxundu. Xasay hirslə geri döndü, üz-gözünü turşudub Rəşidə bir sillə ilişdirdi. Rəşid bir an dinmədi, əli ilə qızarmış üzünü tutub ona baxdı. Sonra mülayim bir səslə dedi: - Heç utanmırsan, Xasay, adam da öz yoldaşını vurarmı? Mən sənə nə yamanlıq eləmişəm? - Doğrusu Xasay belə cavab gözləmirdi. Bir də bu sözləri Rəşid o qədər təsirli ifadə ilə söylədi ki, Xasay donub qaldı. Rəşidin üzünə heyrətlə baxdıqdan sonra birdən-birə hıçqıra-hıçqıra ağlamağ başladı.
Resim