448 syf.
10/10 puan verdi
·
Liked
Elxan Elatlidan oxudugum ilk kitabdi.Bir sozle "mohtesem".Oxudugum kitablar icinde en cox beyendiyim kitab.Dusunurem ki,bu kitaba bir film cekilse cox gozel ve baximli olar. Coxlari ele bilir ki, "xeyanet" tek sevgide olur.Ama bu bele deyil.Dostuna xeyanet,isine xeyanet,ailesine xeyanet...Eserde oldugu kimi.Hekim isine xeyanet edir,Ruslan dostuna xeyanet edir,Gulafet erine xeyanet edir.Yeni bir insan heyat yoldasi oldukden sonra bu qedermi tez unuda biler.Gulafet erinin dostu ile ona xeyanet edir.Hekim de dostuna xeyanet edir.Ruslan Dadasov,Niyazi Melikxanlinin en yaxin ve en etibarli dostu yox,en yaxin dusmeni idi.Ruslanin hiylegercesine qurdugu plan neticesinde her sey Melikxanlinin boynuna qalir.Sonra Melikxanlini oldurur.Eger Melikxanli,Qambay Qasimlini cagirmasaydi bu isin ustu acilmayacaqdi ve hec kim bilmeyecekdi ki,esil qatil,esil gunahkar kimdi.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,388 okunma
448 syf.
10/10 puan verdi
·
Read in 4 days
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,388 okunma
Reklam
100 syf.
8/10 puan verdi
·
Read in 2 hours
Çox qısa zaman ərzində oxuyub bitirəcəyiniz kitablardan biri - "Allahsızlar şəhəri" Əvvəllər kitabın adını bir neçə dəfə görmüşdüm və təəssüf ki, hər zaman məndə mənfi fikirlər yaradırdı. Oxuduqdan sonra isə yanıldığımı gördüm. Kitabda ağıl, həqiqət, vicdan, ədalət, xəcalət, sevgi, qorxu, güc, şübhə, xəyanət, yalan, şeytan və ölüm kimi müxtəlif insani keyfiyyətlərin bir-biri ilə mübarizəsini, dostluğunu görürük. Kitabda cəmiyyətdə olan bir çox məsələlər məharətlə təsvir edilib və bütün bunlar oxucuları düşünməyə vadar edir. Qısa kitab olmasına baxmayaraq, insani keyfiyyətlər çox gözəl və detallı təsvir edilib. Sonda kitaba görə müəllif bəyə təşəkkür edir, uğurlar arzulayıram. Bu cür maraqlı kitablarınızın ardı gəlsin!
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020112 okunma
224 syf.
·
Not rated
·
Liked
Xatırlama sən məni Bugün varam sabah yox, Bilmək olmaz qədəri Ölüm olsa qonağım Xatırlama sən məni. Açılmasa gözlərim, Duyulmasa sözlərim Döyünməsə ürəyim Xatırlama sən məni. Ölümümü xəyanət bil, Gülüşünü əmanət bil Unutmağı cəsarət bil Xatırlama sən məni((
The Unofficial Harry Potter Hogwarts Handbook
The Unofficial Harry Potter Hogwarts HandbookKolektif · Media Lab Books · 202214 okunma
300 syf.
·
Not rated
·
Liked
·
Read in 12 days
Elxan Elatlının bir romanı daha... Əsər iki gəncin , Gültay və Ravinin məhəbbəti üzərində qurulub. Və ən əsası da , ölkə daxilində olan rüşvətxorluq , ölkəni daxildən çôkəltmə planları. İnsanlar nə qədər alçala bilər ?! Ayaq basdığın torpağın çörəyin yeyəsən və həmin torpağa xəyanət edəsən .. Elxan Elatlının oxuduğum digər əsərləri kimi , bu da çox həzz alaraq oxuduğum əsər oldu . Dedektiv + məhəbbət sevirsizə oxumağınızı tôvsiyə etdiyim bir romandır. Xoş mütaliələr (✷‿✷)
Ölüm Ağacının Kölgəsində
Ölüm Ağacının KölgəsindəElxan Elatlı · Elgün Nəşriyyat · 2017243 okunma
382 syf.
·
Not rated
·
Read in 14 days
Vincent Van Gogh qardaşı Theo'ya yazdığı məktubların birində deyirdi: "Buralarda edə biləcəyin ən yaxşı şey qadınların və uşaqların portletlərini çəkməkdir, mən isə bunun üçün yetəri qədər Bel Ami olduğumu düşünmürəm". Ardından şahəsər adlandırdığı bu romanın giriş hissəsindəki Paris təsvirləri Van Gogh'un ən məşhur əsərlərindən olan
Bel-Ami
Bel-AmiGuy de Maupassant · İletişim Yayıncılık · 2019618 okunma
Reklam
304 öğeden 211 ile 220 arasındakiler gösteriliyor.