Kitabı bağladıqdan sonra dərin bir nəfəs aldım, içindəki hər şeyi yaşayıb tamamlamış kimi. Oxuduğum ən ağır kitablardan idi. Yazılma üslubuna, texnikasına görə yox, obrazların zehnindən keçənlərə görə oxumaqda çətinlik çəkdim. Bəzi düşüncələrinə sonunadək qatıldım, bəziləri isə sadəcə olaraq mədəmi qaldırdı. Bu da yeraltı ədəbiyyatının gücüdür,