216 syf.
9/10 puan verdi
·
5 günde okudu
Gənclik
Gənclik
Coetzee’nin oxuduğum ikinci kitabı idi. İlk kitabını oxuyanda o qədər önyarğılı idim ki, düşünürdüm kitabını bitirə bilməyəcəm, amma indi necə də yanıldığımı anlayıram. İlk kitab kimi bu kitabı da çox maraqla oxudum, “Sonunda görən Con öz istəyinə çatdımı?” düşünərkən bir də baxdım ki kitabı bitirmişəm. Kitabın nədən bəhs
Gənclik
GənclikJ. M. Coetzee · Qanun Nəşriyyatı · 201440 okunma
238 syf.
8/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Sevgi arayışına çıxan bir qadının yanlış seçimləri və bu seçimlər nəticəsində atmış olduğu yanlış addımlar. Zamanın axıb getdiyini getdiyi zamanda heçnəyi geri qaytarmadığını anlatan bir kitab. Maria israrla sevgi axtarışına çıxdı bu yolda yanlış insanlar tanıdı güvəndi,güvəni sarsıldı,toplumun exlaq qaydalarından kənara çıxdı.. Ümidini tam itirdiyi bir anda yenidən sevə biləcəyinə inamını qazandı.Hekayənin real həyatdan götürülməsi,baş qəhramanı Marianın bir qadın olaraq bunları yaşadığını bilmək bir az sarsıtmış ola bilər.
On Bir Dakika
On Bir DakikaPaulo Coelho · Can Yayınları · 20205,5bin okunma
Reklam
208 syf.
7/10 puan verdi
·
Beğendi
Son zamanlarda oxuduğum kitablar dili ilə məni çox yormuşdu. Amma "Qarmaqarışıq" sadə anlatım dili, real həyatın içindəki obrazları, ilk hissəsinə aid olaraq 4lü qrupun ətrafında cərəyan edən bütün hadisələrlə məni özünə çəkib 3saat ərzində bitirtməyi bacardı. Hə biraz yavanlıq vardı amma yazarın ilk əsəri olması bunu görməzdən gəlməyə
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024153 okunma
393 syf.
8/10 puan verdi
·
Beğendi
Yanlış seçimlər
İçinə yatmayan hər hansı münasibət sonra peşman olaram deyə başlamaq özü ilk peşmanlıq ola bilər. Əsər bir az da bunu göstərir. İstanbuldan Anadoluya gəlin köçən bir qadının həyatında ola biləcək ssenarilərin özeti kimi də baxa bilərsiniz kitaba. Bir tərəfdə şəhər mühitinin gətirdiyi özgüvən, digər tərəfdən adətlərin gətirdiyi əzici aura arasında sıxışıb qalan cütlüyün dramatik hekayəsi də demək olar. İstənilən halda ailəyə edilən müdaxilə hər zaman neqativ nəticələrlə yekunlaşır. Ailə iki nəfərin qurduğu bir sistemdir. Təəssüflər olsun ki, bizim coğrafiyada ailələr özlərini bu işin baş rolu kimi aparmaq həşirindədirlər. Öz həyatlarını yaşamamış travmatik bir kütlənin hər şeyi növbəti nəsil üzərində planlaması insan həyatını cəhənnəmə çevirmək üçün yetərlidir. Elədiyiniz güzəştlər hər zaman sizə yara olaraq geridönüş edəcək. Kitabın digər verdiyi dərs yerində və zamanında reaksiyanı göstərməklə bağlıdır. Bunun ağır nəticələri isə əsər sonunda bizi hüzünləndirir. Kitab sadəcə bir roman kimi görünə bilər. Ancaq bir az dərinə düşəndə insanların yaşadığı tragediyanı çılpaqlığı ilə göz önünə sərir. Evlənmədən öncə hər kəs oxumalıdır məncə.
Piraye
PirayeCanan Tan · Doğan Kitap · 201647,2bin okunma
Amma əslində yoxsul ölkələrin niyə "'məsələni səhv anladıqlarını" izah etmək lazımdır. Məsələni səhv anlamaq ümumən nə cəhalətlə, nə də mədəniyyətlə bağlıdır. Növbəti fəsillərdə görəcəyimiz kimi, bu ölkələr iqtidarda olanlar yoxsulluğa yol açan seçimlər etdikləri üçün yoxsuldur. Onlar məsələni səhvən, ya da cəhalət üzündən deyil, qəsdən yanlış anlayırlar.
232 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Kitab yalnız iş həyatında uğur qazanmaqdan bəhs etmi, ailə, münasibətlər, karyera, fərdi inkişafda uğur qazanmaqdan bəhs olunur. Kitabın içindəkilərlə bağlı əsas məlumatlar belədir: 1. HƏYAT FƏLSƏFƏNİZİ DƏYİŞİN. Həyat fəlsəmiz bizi məqsədimizə çatdıran yoldur. Doğru həyat fəlsəfəsi uğur qazandırırsa bunun əksi bizi uğursuz edə bilir. Hər şey bir addımla başlayır və çox kiçik addımlarla da müvəffəqiyyətə nail olunur. Verdiyimiz gündəlik qərarlar bu inkişaf yolunu müəyyən edir. Hər gün verdiyimiz doğru qərar lehimizə işləyərkən yanlış seçimlər əleyhimizə işləməkdədir. 2. GÜNDƏLİK RUTİNLƏR YARADIN. Ən xırda əhəmiyyətsiz görünən vərdişlər bizim həyat tərzimizi müəyyən edir. Sizə faydalı olan vərdişlər kiçik su damlası kimi təsəvvür edin, zamanla onlar çoxalır və gölə çevrilir. 3.ÇEVRƏNİZDƏKİ 5 İNSANIN ORTALAMASISINIZ. Ətrafımızdakı insanlar, dostlarımız, ən çox görüşdüyümüz insanlar kimdirsə zamanla onlara dönüşməyə başlayırıq. 4. FƏRQİNDƏ YAŞAYIN. Həyat fəlsəfənizin, ətrafınızda sizə yaxın olan insanların, günlük rutin işlərinizin fərqində olun. 5. ŞİKAYƏTLƏNMƏYİN. uğursuz insanlar şikayətlənir, uğurlu insanlar isə fürsət yaradar. Burada verilənlər kitabın əsas fəlsəfəsini təşkil edir. Çalışdım ki əsas məsələlərə toxunum, lakin qeyd edim ki, yazdıqlarımla məhdudlaşmır kitab. Kitabın fəlsəfəsini bəyəndim, fərdi inkişaf sevirsinizsə bəyənəcəyinizə şübhəm yoxdur. Xoş Mütaliələr!
Keskin Kenar
Keskin KenarJeff Olson · Arıtan Yayınevi · 200937 okunma
Reklam
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.