Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri da gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.