Mənə elə gəlirdi ki, sevgidə bəzən hisslərə qalib gəlmək, arabir ayrılıqlar yaşamaq lazımdır... Yalnız ayrılıqlar sevginin dəyərini dərk etdirə bilir aşiqlərə... Yeni görüşlərə başlanğıc olan ayrılıqlar... Yalnız ayrılıqlar yaşayanlar bilirlər ki, sevdiyi insanla yenidən görüşmək nə deməkdir. Yerdə qalan hər şey eşqin gücünü və sehrini zəiflədir. Təkliyin üzücü və magik dünyasını nə dəyişə bilər ki? Əgər hisslər vulkan kimi püskürmürsə, əgər tufanlar, qasırğalar, gecə, musiqi buna təsir edə bilmirsə... Və sevgi, eşq, məhəbbət... yaşamırsansa...