Yata bilməyirəm
Bu gecə mən ki, yata bilməyirəm, Başı başlara qata bilməyirəm. Yuxusuzluq məni qatlaşdırdı, Mən bu namərdə bata bilməyirəm. Oğru qaldırdı qazan-qablamanı, Kim əl atsın hacata, bilməyirəm. Oğrunun kim yetişib ombasına Zıxlaya bir zopa, ta bilməyirəm. Məhəmmədhüseyn Şəhriyar