Bu Sənin üçündür...
🫴İzahı çətin olan "İneffable" adlı hekayəmiz bu cümlə ilə bitirdi..."Bəlkə anlamışsınızdır!"... Çox şey deməyəcəm. Kitabı yazmağa başladığım an ağlımdan keçənlər ilə ürəyimdə hiss etdiklərim onu bitirən andakı ilə eynilik təşkil etmirdi. Hətta bir ara kitab o qədər yük olmuşdu ki, tələsik bitirmək istədim. Bunu bəzi hissələri oxuduğunuz zaman fərqinə varacaqsınız. Sizə oxuyacağınız ən yaxşı detektiv əsər olacaq sözünü verə bilmərəm. Amma bəlkə, ən fərqlisi ola bilər. Sonda bu Sənin üçündür... Heç vaxt ölmüyəcək olan Sənin üçün...🥀
Görəsən, hər hansı yaxşı bir əməl Allah buyurduğu üçün yaxşı əməlidir, yoxsa yaxşı əməl olduğu üçün Allah buyurub?
Reklam
Böyümüş əllər, kiçik qalan dəyərlər
Yenə masa başında oturmuş məktub yazır o 18 yaşlı qızcığaz. Məktub atasınadı. Məktubu bitirib poçta verəcək. Anasıyla yaşayırdı. Anası atasından gördüyü şiddət üzündən evdən kiçik qızını da götürüb çıxmışdı. Bilmirdi o zamanlar niyə getdiklərini. Axı necə bilsin? Hələ beş yaşında, balaca əlli, gözəl qəhvəyi gözlü, qara saçlı, nur simalı bir
Allah niyə bizi sınağa çəksin? Bəlkə o bizi sadəcə yaradıb?Bəlkə o bizi kef eləmək üçün yaradıb? Ola bilməz beləbir Allah? Ola bilməz ki, Allah yaxşı olsun? Gərəy eləadamyandıran olsun? Yəni ki, o boyda Allah- Yupiter,Veneranı, Günəşi, qalaktikaları yaradan Allah oturubbizim neçə dəfə hansı qızın ayağına baxmağımızı sayır?
Şeytanın Kitabı
Şeytanın Kitabı
Qaraqan
Qaraqan
Bilmirəm , bəlkə də bundan sonra onun etdiklərinə görə yaxşı insanlara belə güvənməyəcəm... Həmişə deyirdim ki,o itirdi mən yox.Amma deyəsən məndə itirdim . Məsələn birdə heç vaxt heç kimə güvənə bilməyəcəm...
Səbr
Dediyiyim kimi kitab çox yaxşı irəliləyir.Eslində bir neçə fikir bildirmək istəyirəm,amma kitabı bitirim."İnceleme"hissəsində paylaşacam.Səbirsizlənirəm😩
Reklam
Kitab çox yaxşı irəliləyir.Bitməyinə az qaldı💫
Yoxluğun ölçü vahidi
Aqşin Evrən
Aqşin Evrən
Zəngini gözləyirəm...zəngini Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində: Sadəcə, gözləməyin daha bir növünü yaratdı... Həyat isə səni ömrümdən almaqla ağrımağın özünü yaratdı. Həyətə baxıram...həyətə Əkdiyin ağac bir gün yonulub tar olacaq Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam. Fincandakı suyun bir gün qar olacaq Mən də şərfimi o qarın izindən asıb qayıdacam... Və bir gün mütləq... bir gün mütləq "Dur, əzizim... dur keç ömrümdə yat" deyib səni həyatdan oyadacam. Yaxşı... olsun, sən deyəndi, sən deyən: xatirələr yırtıcıdı, xatirələr quduzdu... Amma bil ki, biz "Sevgi kimdir" əvəzinə "sevgi nədir" sualını verəndə uduzduq. İndi həyata baxıram...həyata Və baxıb görürəm ki: Yoxluğun ən böyük ölçü vahidi sənsən.
Yaxşılıq
Yaxşı olma, yaxşılıqdan ötəri, Yaxşılıq et, qoy olmasın xəbəri. Ək, dünyada birə yüzdür səməri, Qızıl taxıl dənəsidir yaxşılıq, Kimə versən dönəsidir yaxşılıq. Yaxşılığa qoyulmayıb tərəzi, Yaxşılıq et, sil qəlbindən qərəzi.
Mənimçün hər zaman yaxşı bir ehtimal vardır. Sonu pis bitsə belə🦋
Reklam
Necə pis insan olmaq olar?
Mən rəssamam, pis-yaxşı rəsmlər çəkirəm, hekayələr və şeirlər yazıram, retro musiqilərə qulaq asıram, bir çoxuna görə olduqca gözəl film zövqüm var, yaxşı yemək bişirirəm, boş vaxtımı mütaliəsiz keçirmirəm və bütün bunlar ümumi götürəndə əksəriyyət üçün olduqca kübar, çox mərhəmətli şəxsiyyətə və geniş ürəyə, həmçinin sonsuz təmkinə işarə edir. Təəssüf ki, bu belə deyil. Bütün bunlar həqiqətən də, adıçəkilən xüsusiyyətlər demək olsaydı, çox güman ki, tarixdə bu qədər qanlı qırğınlar, dəhşətli soyqırımlar olmaz, dünya iki böyük müharibəyə şahidlik etməzdi. Hitler də rəssam olub, Stalin isə şeir yazmağı sevirdi. Siyahını uzatdıqca uzatmaq mümkündür. ramazantagiyev.wordpress.com/2024/04/08/nec%...
Balaca Şahzadə
Bəzi kitablar vardır,əvəzi olmayan,yeri dolmayan və hətta demək olar ki,həyatımızın bir parçası halına çevrilə bilən kitablar... Mənim üçün o kitab "Balaca Şahzadə"dir,çünki kitabla həyat şüarım eynidir və əsərdə özümü tapdığımı hiss edirəm.Hələ də bəzi insanlar onu sadəcə uşaq kitabı kimi qələmə versələr də,orada böyüklərin belə anlamadığı metaforlar,alt mətnlər,göndərmələr vardır ki,əsəri özəl edənlərdən biri də budur.Fikrimcə hər uşağın oxuduğu ilk kitab olmalıdır və böyüdükcə təkrar oxunmalıdır ki,həm unudulmasın,həm də daha yaxşı başa düşülsün,çünki hər dəfə oxuyanda yeni nəsə öyrənmiş olacağıq.Əsər bizə nə öyrədəcək,nə demək istəyir deyə soruşacaq olsanız,cavabım "unutmamaq" olardı.Sadiqlik,dostluq,qayğı,yaxşılıq, mərhəmət,saflıq,sadəlik və daha nə qədər dəyərli anlayışları unutmamağı və qorumağı öyrədir.Böyüdüyümüzü zənn edirik,ancaq itirdiklərimizlə sanki ruhumuz kiçilir və daralır.İçimizdəki uşağı yaşatmaq,səsini dinləmək lazım olduğunu aşılayır.Düşünürəm ki,o şahzadə hamının qəlbindədir,önəmli olan dinləməkdir sadəcə,bunu vicdanımızın səsi olaraq da düşünə bilərsiniz.Əminəm ki,oxusanız,yəni içdənliklə oxusanız peşman olmayacağınız,səvəcəyiniz bir kitab olacaqdır.
Kitabı indi daha yaxşı anlayıram.Brunonun atası yahudilərə işgəncə verən komendantın rəhbəridir.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.