Kitabın böyük bir hissəsi, Albert Eynşteynin dostlarına yazdığı və dostlarından aldığı məktublardan ibarətdir. O, bu məktublar sayəsində əslində dünyaya olan baxış tərzini insanlara izah etməyə çalışır. Bəziləri üçün kitab sıxıcı gələ bilər. Amma şəxsiyyəti ilə əlaqədar məlumat almaq istəyənlər üçün önərdiyim kitablardan biridir. O uşaqlıq illərindən Arthur Şopenhaueri, İmmanuel Kantı oxuduğunu kitabda qeyd edir. Həmçinin kitabda tibb, astronomiya ilə bağlı məktublara da rast gəlmək olar. Albert Eynşteynin sülh tərəfdarı olması və siyasi işlərdən kənar olması kitabı daha humanist hala gətirmişdir. Din haqqında da, öz fikirlərini kitabda qeyd etmiş və təkamül ilə bağlı məsələlərə də, toxunmuşdur.