"FLORA, CESUR OL."
Flora Amnezi xəstəsi 17 yaşında bir qızdır. 10 yaşında bu xəstəlik başladığı üçün o zamana qədər olan şeyləri xatırlaya bilir. Ama geriyə qalan heçnəyi xatırlamır. Harda olduğunu, kim olduğunu və yaşını əlinə yazılanlardan yada salır. Floranı anası və atası qoruyur. Bir gün bir dəniz sahilində Drake adlı bir oğlan onu öpür və möcüzəvi bir şəkildə Flora sabah bunu xatırladığını kəşf edir. Adını belə xatırlamazkən bu anı xatırlayır. Lakin Drake artıq çox uzağa -Norveçə- getmiş, ondan çox uzaqdadır. Biz isə Floranın Drake arayışını, əslində isə Drake'i axtardığını zənn edərkən özünü kəşfini, və seçimlərini, çıxış yolu tapmaq cəhdlərini oxuyuruq. Çox qeyri adi macəralara atılır Flora. Kitabın sonu isə həqiqətən əla bitdi. Elə kitabı sona qədər oxumağımın səbəbi çoxlarının "kitabın son 100-50 səhifəsi həyəcanlı keçir" deməsi idi. Kitabın əvvəl hissəsi çox sıxıcı idi, Flora, hər saniyə hər şeyi yenidən unuduşunu və yenidən "hər şeyi" xatırlayışını bizədə yaşadırdı və bu məni çox yordu. Dəhşət çox təkrarlamar var idi. Kitabda heyran qaldığım tək şey isə Jacobun (Floranın qardaşı) ona qarşı olan tutumu, dəstəyi, həyatını yaşaması üçün həqiqətən də əlindən gələn hər şeyi edişi oldu. Kitaba 10 üzərindən 6 bal verməyimin səbəbləri - tamamilə Jacob; son 50 səhifə; Norveçlə bağlı yazılan hissələr idi. Yəni kitab tövsiyyə edə biləcəyim bir kitab deyil, oxumasanız bir şeylər itirməzsiniz. Tez tez kitab mağazalarında qarşıma çıxdığı üçün təhlili paylaşmaq istədim. Oxur qalın