Marc Levy-Bəlkə də bu, həqiqətdir
Marc Levy Fransanın məşhur yazıçılarından biridir.Onun kitablarını tövsiyə edənlər çox olmuşdu. Yazıçının "Bəlkə də bu,həqiqətdir"romanı onun ilk əsəridir və yazıçının ilk olaraq məhz bu romanını oxumaq istədim.Dünən axşam başladığım romanı, bu gün bitirdim.Sevgi romanlarını oxumağı çox sevməsəm, əsasən yarıda oxumağı dayandırsam da, fantastik sevgi romanı olan "Bəlkə də bu həqiqətdir" ən sevdiyim romanlardan biri oldu.Adətən kitabı oxuduğum zaman sonunu təxmin etməyə çalışıram, əvvəllərdə xoşbəxt sonla bitəcəyini düşünürdüm, sonlarada fikrimi dəyişən məqamlar oldu ,buna baxmayaraq, roman gözləmədiyim, amma çox sevdiyim,təsirləndiyim sonluqla bitdi.Romanı bitirməmə baxmayaraq təsirindən hələ də çıxa bilmirəm kaş,bütün bu fantastika,imkansız sevgi gərçək olardı,real həyatda da bu cür hadisələr baş verərdi.Əsərdə gənc və gözəl həkim olan Loren, bir qəza nəticəsində dərin bir komaya girir,bu zaman onun ruhu bədənindən ayrılaraq azad bir şəkildə hərəkət edir.Komaya düşdükdən sonra anası tərəfindən Artur adlı bir memara kirayə verilən evini də tez -tez ziyarət edir.Arturla onun tanışlığı hamam otağındaki geyim şkafından ,qəribə səslərin gəlməsi ilə başlayır .Şkafı açan Arturun Loreni görməsi bir möcüzə idi çünki,Loren bir ruh idi və Arturdan başqa onu heçkim görmürdü .Sonra isə Lorenin ruhu ilə Artur arasında möcüzəvi bir eşq yaranır əsərin əsas hadisələr bundan sonra baş verir Artur yaxın dostunun köməyi ilə Lorənə kömək etməyə başlayır .Roman çox axıcı və maraqlıdır.Yumorun və kədərin çox gözəl sintezi əsərin əsasını təşkil edir.Arturun uşaqlıq xatirələri, anası Lilinin ölümü romana maraq qatan məqamlardandı .Sonluğu isə hədsiz çox sevdim