Marc Levy

Marc LevyKeşke Gerçek Olsa yazarı
Yazar
8.2/10
1.867 Kişi
6,7bin
Okunma
404
Beğeni
19,2bin
Görüntülenme

Marc Levy Yorumları ve İncelemeleri

Marc Levy yorumları ve incelemelerini, Marc Levy kitabı hakkındaki okur görüşlerini , Marc Levy puanlarını 1000Kitap'ta bulabilirsiniz.
382 syf.
8/10 puan verdi
·
35 günde okudu
5 dəqiqəlik də olsa doğru düzgün söhbət etməklə yanlış anlaşılmaları kökündən həll etmək əvəzinə hər zaman qürurumuza sığınırıq, həyatımızda olanların qədrini vaxtında bilmək varkən hər zaman onları birdəfəlik itirdikdən sonra başımız daşa dəyir və onda dərk edirik əslində gözümüzdə böyütdüyümüz hər kiçik problemin onların varlığının yanında heçnə olduğunu. Kitab o qədər möhtəşəm idi ki, sıradan görünsə də hər sətrini hiss edərək oxudum və sonunda necə ağladımsa hələ də təsirindən çıxa bilməmişəm. Sadəcə kitabın sonunun gözlənilməz olması məni qismən sevindirsə də Entoninin aqibəti müəmmalı qaldı. Spoiler vermək istəmirəm, amma ki demək olar ki kitabda baş verənlər incə düşünülmüşdü, hər bir məqam gözlənilməz və həyəcanlı idi. Kitab o qədər axıcı idi ki bəlkə də imtahanlar olmasaydı birdəfəyə oxuyub bitirmişdim.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0833 okunma
240 syf.
8/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
Mark Levi_Haradasan... Kitabdan oyrendiyim bir sey olmadi,ama cox sey anladim...Anladim ki bütün sevgilər bir gün doğulduğu, dünyaya göz açdığı kimi də başqa bir gün ölür,zülmətinə qovuşur. Anladım ki, zaman heç vaxt dayanmır və onu geri qaytarıb nəyisə dəyişmək olmur. O, hər şeyi və hər kəsi öz axarı ilə aparır. Kimini uğur pillələri ilə
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014659 okunma
Reklam
324 syf.
·
Puan vermedi
·
10 günde okudu
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0833 okunma
372 syf.
·
Puan vermedi
·
3 günde okudu
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün Olsaydı
......... Andrew Stillman məqsədyönlü bir jurnalistdir və baş vermiş kütləvi cinayətin üstünü açmaq üçün məqalə yazır. Jurnalistlik maraqlı və bəzən də təhlükəli peşədir, hansı ki, Andrew-nun da başını bəlaya salır. İlk səhnənin Andrew-a qarşı cinayət təşəbbüsü ilə açılması uğurlu alınıb. Lakin ortalarda hadisələr bir qədər durğunlaşır. Artıq kitabın ortalarında qatilin kim olduğunu tapsam da, sonlara doğru qatilin məqsədi də aydın oldu. Kitabda bəzi siyasi mesajlar da verilmişdir. Ümumiyyətlə janrına görə yaxşı kitab hesab oluna bilər. Sadəcə obrazlarda, sonluqda və yazı tərzində olan problemlər məni qane etmədi. Xüsusilə də sonluq bir qədər yarımçıq olduu) Esl film ucun yazilmis eserlerden...... tessuf ki yene "Qanun"nan oxudum,mutleq turkce oxuyacam)
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015475 okunma
228 syf.
7/10 puan verdi
·
3 günde okudu
Eveet işte başlıyorum.. Öncelikle kitaba başlarken beklentim bir tık yüksekti ama ne yazık ki beklentimi karşılamadı.. Çünkü yer yer beğensem hatta yazılan yazıları takdir edip, üzerine düşünsem bile yer yer de romantik komedi tadında, basit diyaloglar vardı. O kısımlarda okumaya devam etmek gelmiyordu içimden. Bir de mantık hatası fazlaydı. Onlar da insanın gözüne batıyor. Yine de tüm bunlara rağmen hem yazarın ilk kitabı olduğu için hem de yer yer kalemini sevdiğim için serinin devam kitabını okuyacağım. Hatta yazarın farklı kitaplarına da şans vereceğim. Okuduğunuz için teşekkür ederim
Keşke Gerçek Olsa
Keşke Gerçek OlsaMarc Levy · Can Yayınları · 2009931 okunma
352 syf.
10/10 puan verdi
·
12 günde okudu
Yenidən başlamaq
Marc Levy
Marc Levy
oxuduğum ilk əsəri idi. Çox fərqli bir tərzi varmış. Romanın çox gözəl və axıcı bir xətti var. Vaxtım az olduğu üçün bacardığım qədər tez bitirdim. Spoiler vermək istəmədiyim üçün sadəcə oxumağınızı tövsiyə edirəm.
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015475 okunma
Reklam
231 syf.
6/10 puan verdi
·
7 günde okudu
Age of Adaline filmini, Da Vinci Şifresi’ni ve Paul Auster’in Yanılsamalar Kitabı’nı uygun miktarlarda bir kaba koyun karıştırın, ardından biraz bekletip baskıya verin ve… İşte karşınızda Gelecek Sefere… Çok saçma bir benzetme oldu farkındayım. Bu bahsettiğim üç film-kitap da aslında birbiriyle çok alakasız. Ancak kitabı okurken ve bitirdiğimde
Gelecek Sefere
Gelecek SefereMarc Levy · Can Yayınları · 2007227 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Uzun müddətdir oxumaq istədiyim bir kitab idi, amma cəsarət tapa bilmirdim. Səbəbi özümə qalsın. Təsadüfdürmü bilmirəm, ya əsərin qəhramanları kimi təsadüflərə inanmamalıyammı onu da bilmirəm, qəribədir ki, baş qəhrəmanlardan biri Artur da bəzi şeylər üçün cəsarət tapmağa uzun müddət vaxt sərf etmişdi. Oxuduğum üçün, buna cəsarət tapdığım üçün çox şadam. Məğzinə görə həyatımızın, bizə verilən şansların, hər saniyəmizin qədrini bilməyə, onları düzgün qiymətləndirməyə çağırır. Kitabı dolayı yolla da olsa, mənə tövsiyə etdiyi üçün mərhum dostuma təşəkkürlərimi bildirirəm. Bəlkə, bu günə qədər zamanımın, həyatımın, birlikdə keçirdiyimiz anların dəyərini kifayət qədər anlamamışam. Amma bundan sonra qalan xatirələrimizin qiymətini, mənə qatdığı hər şeyi, ümid edirəm ki, qoruyub-qiymətləndirəcəyəm. Oxumaq istəyən hər kəsə xoş mütailələr!
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0726 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Kitab oxuduğum ən möhtəşəm kitablardan biri ola bilərdi. Mark Levinin qələminin həqiqətən çox gözəl olduğunu anladım bu kitabla. Bundan öncə də "Bəlkə də bu həqiqətdir" kitabını oxumuşdum və o kitabını da çox bəyənmişdim. Mark Levi insanlara daha çox həyatı hiss etməyi,anı yaşamağı çatdırır kitabla. Və bu kitab da məni çox təsirləndirdi. Kaş ki ətrafımda daima bu kitabdakı kimi əsl dost deyəcəyim insanlar olsa... Hər kəsə oxumasını tövsiyyə edirəm. İndidən hər kəsə xoş mütaliələr! :)
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018231 okunma
324 syf.
·
Puan vermedi
·
14 günde okudu
Kitabın mövzusu ilə tanış olmamış mən tam fərqli fikrə sahib idim. Amma tanış olduqdan sonra fikirlərim tamamilə dəyişdi. Mövzu cəhətdən dəyərləndirsək əgər lazımınca oxucunu içinə çəkən və axıcı idi. Mənim diqqətimi çəkən əsas nüans isə Adamın hislərinin bu qədər oxucuya dəyərsiz çatdırılmasıdır. Mövzunun necə bitəcəyi əvvəlcədən təxmin olunsa da necə deyərlər kitan insanı hipnoz etməyi bacarır. Bəs bütün bu yazdıqlarından əlavə bu kitabdan nə nəticə çıxardın desələr, cavabımda. " Bu həyatda bəzi şeylər insanın başına bir dəfə gəlir, bəzi şanslar insana sadəcə bir dəfə verilir. Hələ gec deyilkən, hələ hərşey tam bitməmişkən cəhd etmək lazımdır" deyərdim. Və ən son bundan bir neçə əvvəlki incələməlirimin birində də qeyd etdiyim kimi eyni kitab zövqünə sahib olduğun insanlarla qarşılaşmaq bir möcüzədir və mən bu möcüzəni tutumuşam,deyəsən.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0833 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Bir kitab ancaq bu qədər mükəmməl ola bilər. Əsərdə nevroloji elmlər üzrə təhsil alan 3 tələbədən( Coş,Hop və Luk )bəhs olunur.Bu üç gənc beyin hüceyrələrini toplama üzrə araşdırmalar edir.Coş və Hop bir-birlərini sevirlər. Əslində Luk da Hopu sevir lakin bunu bildirmir. Bir gün Hop ölmcül xəstəliyə tutulur və az ömrü qaldığnı öyrənir və sevgilisi Coş onu beyninin cihaza köcrülüb saxlanmasına razı salır.Hop vəfat etdikdən sora Coş da Hopun yoxluğuna dayana bilmir həyatına son verir.Lakin öncədən bağladığı müqavilə sayəsində oda öz beynini cihaza köçürtdürməyə nail olur.Uzun müddət sonra Coş və Hopun beyni başqa bədənlərdə doğlur...Elmi fantastik əsər olsada insan düşünmədən dura bilmir görəsən belə bir şey ola bilərmi. Oxumağa dəyər
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018231 okunma
336 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Mark Levinin oxuduğum 3-cü kitabıdır. İlkini 2 il əvvəl oxumuşdum. Son 2-ni isə oxumağımın xüsusi səbəbləri var. 9/10 balla qiymətləndirməyimin səbəbi başlarda obrazların adlarının bəzi yerlərdə qarışdırılmasıdır. (Düşünürəm ki, bu tərcümə səhvidir) Ümumi götürsək, bəyəndiyim kitablardan oldu, hətta bitirəndə ağladım. (çox az kitabda belə olub) Zövqlər və rənglər fərqli olduğundan hamının bəyənəcəyini iddia etmirəm, lakin çoxunuzun bəyənəcəyinizi düşünürəm. Oxumaq istəyən hər kəsə xoş mütaliələr!
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018231 okunma
324 syf.
9/10 puan verdi
·
8 günde okudu
Söyleyemediğimiz Onca Şey..
Marc Levy ile tanışmam çok değerli bir insanın bana bu kitabı hediye etmesiyle başladı. Bu eseri bir kaç cümleyle açıklamak gerekirse baba sevgisinden mahrum kalan bir kıza, babası tarafından sunulan bir olağanüstülükle,kısa süreli bir imkanla bu sevgiyi bir nebze de olsa doldurma fırsatını anlatıyor. Geçmiş ile gelecek arasında harika bağların kurulduğu bir roman özelliği de taşıyor. Romanın konusu birden fazla. Aşk, dram, romantizm, bilim-kurgu... Okuyana mutlaka bir şeyler katan eserlerden biri. Ben de bu eserle kendime, çevreme , çevremdekilerin bana söylemek isteyip de söyleyemediği şeyleri görme şansına eriştim.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018833 okunma
372 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Yazıçıdan oxuduğum ilk əsər idi. Cəlbedici və fərqli bir romandı . Amma tərcümə problemi burdada özünü göstərdi. Çox az kitab belə tərcümədən sonra sona qədər oxunulub qurtarılır. Sonu isə çox adam bəyənməsə də maraqlı sonluqdur. ("Qorxudan daha güclü hiss" kitabı romanın davamıdır) Yekun olaraq - "zaman zaman yeniden başlamağa da , başlamağa da ehtiyacımız olur" Xoş mütaliəyələr.
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015475 okunma
314 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.