Salamlar, əziz kitabsevərlər
Kitab bu günə kimi oxuduğum dedektiv kitablardan çox fərqlənirdi. Əsərin əvvəlində baş qəhrəman Treysi günahsız yerə cəzalandırılaraq həbs edilir. Həbsdən çıxdıqdan sonra isə intiqam alır. Bununla da kifayətlənmir, oğruluq etməkdə davam edir və əsl cinayətkara çevrilir. Dedektiv Treysinin oğru olduğuna inansa da yetərli dəlil tapa bilmir və o həbs olunmur. Oxuduğum ilk kitab idi ki, cinayətkar sonda həbs olunmur.
Dedektivsevərlərə bu kitabı oxumağı tövsiyə edirəm.
Hər kəsə xoş mütaliələr!