Heç kəsin onu yaralamadığı və xoflandırmadığı zaman insan Tanrını yadına salmır və ona meydan oxumağa hazırdır, ancaq o, təhlükələrin ortasında olanda, hər hansı insan köməyindən məhrum qalanda, məzarın ağzı önündə açılanda, bu sınaq anında lağlağı və inancsız adam Yaradanın himayədar əlindən savayı başqa ümid olmadığını, ayrı sığınacağının, xilas yolunun qalmadığını hiss edərək kömək üçün Tanrıya üz tutur.