Bir vaxt məğrur bir insandım,
Kədərimi tamam dandım.
İndi saysız ağrı keçir ürəyimdən
İndi artıq məşəqqətim
Gah yanmaq olmuş adətim.
Gah buzlara düşmüş kimi donuram mən.
və ya:
Ürək vurar əzabla,
Yaşayır iztirabla.
Lakin öz əzabını aləmdən gizli saxlar.
Dərdim böyükdür, qazax,
Qəlbim oda yanaraq,
Ağır qismətim üçün dayanmadan hey ağlar. Qayğısız bir həyatın olmasa da qüssəsi Qaranlıqdan işığa çıxartmayıb heç kəsi.