Abdulla bəy Divanbəyoğlu

Abdulla bəy DivanbəyoğluSeçilmiş Əsərləri yazarı
Yazar
10.0/10
1 Kişi
14
Okunma
1
Beğeni
229
Görüntülenme

Hakkında

Nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu və s. kimi əsərləri də vardır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923-1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir (1930-cu ildən). Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir. 1936-cı il yanvarın 6-da vəfat etmişdir.
Tam adı:
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu
Unvan:
Yazar
Doğum:
Hüseynbəyli, Qazax mahalı, Rusiya İmperiyası, 1 Ocak 1883
Ölüm:
Bakı, Azərbaycan SSR, SSRİ, 6 Ocak 1936

Okurlar

1 okur beğendi.
14 okur okudu.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Mən bu dünyada hamının yaşadığıtək yaşadım, lakin həyat, çoxlarının üzünə gülümsədiyi kimi, mənim də üzümə gülümsəmədi. Mən həyatda səadət axtardım , lakin o çoxlarından qaçdığı kimi, məndən də qaçdı. Mən əllərimi ona doğru uzadıb göz yaşlarımla onu çağırıb yalvardım ki, mənə kömək etsin, o isə hiyləgərliklə gülümsünüb üzünü məndən çevirdi...
Sayfa 139 - Əbdül və şəhzadə
Aylı, sakit, işıqlı bir gecə idi. Onun zülmət çökmüş qəlbində isə qaranlıqdı .
Əbdül və şəhzadə
Reklam
Yox, yox, mənim azadlığımı və müstəqilliyimi əlimdən almağa kimin ixtiyarı var? Mən quş kimi azad və sərbəstəm.
Sayfa 43 - Əbdül və şəhzadə
Bizim hər birimizin həyatı özümüz üçün ayrıca bir aləm , ayrıca bir hakimiyyətdir, biz isə öz daxili dövlətimizin kralı, imperatoruyuq.
Sayfa 40 - Əbdül və şəhzadə
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
Henüz kayıt yok