Ağalar Məmmədov

Ağalar MəmmədovAşma yazarı
Yazar
8.5/10
2 Kişi
20
Okunma
6
Beğeni
679
Görüntülenme

Ağalar Məmmədov Sözleri ve Alıntıları

Ağalar Məmmədov sözleri ve alıntılarını, Ağalar Məmmədov kitap alıntılarını, Ağalar Məmmədov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu varının yoxluğu. “Şəbi-hicran” deyən Fuzilini anlaya bilirik yavaş -yavaş. Gündüz hamınındı ,gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.
Milli - mənəvi dəyərlərimiz , milli mentalitetimiz bu gün siyasi ritorikadır ! Bu , tələdir.
Sayfa 274Kitabı okudu
Reklam
Çağdaş dünyada özündən qıraqda düşmən obrazı uydurub , daxili siyasəti onun üzərində qurmaq cəhdləri də həmin monoteistik baxışın meyvəsidir
Sayfa 257Kitabı okudu
Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu, varının yoxluğu. "Şəbi-hicran" deyən Füzulini anlaya bilirik yavaş-yavaş.
Sayfa 37 - Qanun Nəşriyyatı
Qaranlıq iki üzlüdür. O ya səhərə açılır ,ya da heç vaxt öz səhərini tapa bilmir…ölüm- gündüzü gəlib çıxmayan gecəyə bənzəyir.
Dünyanın bu çağında qadının kişiyə , yəni bir insanın o birinə itaət etməsindən danışılması quldarlıq quruluşunu assosiasiya etmirmi?
Sayfa 259Kitabı okudu
Reklam
Deyilməyə layiq sözlərin azlığını bilən adamlardır — Tək"lər".
Sayfa 26 - Qanun Nəşriyyatı
Dünyada müzakirə edilən mövzuların bizdə heç qaldırılmamış olmasını öyrənmək adamı bədbin və məyus edir
Sayfa 218Kitabı okudu
Mən buna inanmışam ki, yalnız bir şey insanı insan olmaqdan çıxarır: azad yaşamamaq! Azad olmayan-böyük mənada insan deyil. İnsanlıq-azadlıqdır! Dinini yox, azadlığını itirən insanlığını itirir. Allaha inana bilməyən yox, azad ola bilməyən-insan deyil.
Sayfa 186Kitabı okudu
İynə “ dostların “ əlində olur. Düşmən əlində zəif silahdır o. Dost əlində “zəruri” silah.Əli iynəli “dost” əli qılınclı düşməndən qorxuludur.
Reklam
Aydınlıqda özünü itirən insan, Qaranlıqda özünü tapır. İnsan Qaranlıqdan doğulur. Biz yalnız gecələr özümüzünük. Gündüzlər həm də başqalarınınıq.
Sayfa 35 - Qanun Nəşriyyatı
Sən öz ömründə ölümcül eksperimentlər , gizli risklər, təhlükəli döngələr eləmirsənsə , yaşadıqların və düşüncələrin sənin özünü vahimələndirmirsə , azmaq üçün yox, çatmaq üçün yola çıxmısansa, sən hələ heç nəsən!
Ömrümüzün qalan hissəsini nə qədər firavan yaşasaq da , əvvəl yaşadığımız kəmərləri unuda bilmirik .
"Dost bipərva, fələk birəhm, dövran bisükun, dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun".
Sayfa 286Kitabı okudu
Susa bilmək brilliantdı. Birlliant-danışa biıməmək deyil,danışmaq istəməmək deyil,danışacaq sözü olmamaq deyil. Əksinə min dəfə əksinə! Məhz danışmaq istəyəndə ,deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.
115 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.