Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ali Khayyam

Ali KhayyamBulud Bağçaları yazarı
Yazar
9.7/10
38 Kişi
41
Okunma
70
Beğeni
6,6bin
Görüntülenme

Hakkında

Əli Əhməd oğlu Xəyyam, Əli Xəyyam (24 Fevral, Təbriz) — gənc Azərbaycan şair və nasiri. Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. 2006-cı ildə Bakı Atatürk Liseyini, 2011-ci ildə isə Xəzər Universitetinin iqtisadiyyat fakultəsini bitirib. O həmçinin İngiltərənin Oxford şəhərindəki King's College-i bitirmişdir. Əli Xəyyam 2010-cu ildə ilk kitabını nəşr etdirmişdir. "Deyil" kitabının redaktəsi və ön sözü filosof alim Ağalar Məmmədov tərəfindən verilib. Dizayn Orxan Məmmədovundur. Ağalar Məmmədov kitab haqqında deyir : " "Deyil" demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. "Deyil" – "… deyil"dir, amma bu "deyil" nəyə "deyil" deyir, nəyi deyilləyir? Bu, sirr qalır… Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın "différence" sözünü bilərəkdən yanlış olaraq "différance" yazması kimi. Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz." Əli Xəyyam yapon şeir forması olan hayku (hokku) üslubunda yazdığı "Yalnız misralar" ilə də özünü sınayıb. Əli Xəyyam ikinci kitabını Orxan Cuvarlı ilə birgə qələmə almışdır. Kitab, "Yozumsuz Yuxuların Sabahı" adlanır. Kitabda eyni mövzuları hər iki yazar öz şəxsi münasibətini bildirir. Deviz : "Eyni hadisəyə 2 fərqli baxış. Eyni hissin 2 fərqli cür yaşanmış olması. Eyni insanın 2 fərqli hissəyə parçalanması"dır. Cuvarlı bunu şeir ilə, Xəyyam isə nəsr ilə ortaya qoyur. Baxışlarında bəzi mövzularda çox yaxın olsalar da, bəzilərində radikal dərəcədə fərqlidirlər. Buna görə də oxucu eyni mövzuya iki fərqli baxış ilə eyni zamanda tanış olur. Mövzular müasir Azərbaycan gəncinin duyduqları, hiss etdikləri, görmək istədikləri, problemləri və sevgisi haqqındadır. Kitab 178 səhifədən ibarətdir. Kitabın üz və arxa qabığının dizaynı Creative Shamans Bureau art direktoru tərəfindən yerinə yetirilib. Kitabın redaktorları isə Ağalar Məmmədov və Afət Yaqubovadır. 2011-ci ildə Azərbaycanda ilk "Spoken Word Poetry" janrındakı albomunu - "Xamuş"-u oxucularına və dinləyicilərinə təqdim etmişdir. 2012-ci ilin Dekabr ayında 200-dən artıq gəncin iştirakı ilə baş tutmuş imza günündə, Əli Xəyyamın ikinci səsli şeir albomu olan "Morfin" təqdim olunmuşdu. Hal-hazırda sayca üçüncü kitabı olacaq "Bulud Bağçaları"-nın üzərində işləməkdədir. Yaxın zamanda yeni kitabını oxucularına təqdim edəcəkdir.
Tam adı:
Əli Xəyyam

Okurlar

70 okur beğendi.
41 okur okudu.
15 okur okuyor.
85 okur okuyacak.
2 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Səssiz sev
Səssiz ol biraz Məni səssiz sev Bir qürubda bat mənimlə Bir səhər əzanında oyan Pəncərəmi bağla
Əllərin hardadı, Niyə üşüyürəm şaxtasında həsrətinin? Bir neçə intihar səndən sona və bir ölüm, Belə yaşamaqdansa Cəmiyyətdən qovulub gözlərim İçimdə yaşayır Greqors Samsa Bu nədi sevgilim? Bu nədi? Üşümək Günəşin içində yanmaq kimi, Bu Günəş nədi, bu Dünya nədi, Tanrı'mı? Eh koko, inandır məni...
Reklam
Günəşdə üşüyənlər
Əllərin hardadı, Niyə üşüyürəm şaxtasında həsrətinin? Bir neçə intihar səndən sona və bir ölüm, Belə yaşamaqdansa Cəmiyyətdən qovulub gözlərim İçimdə yaşayır Greqors Samsa Bu nədi sevgilim? Bu nədi? Üşümək Günəşin içində yanmaq kimi, Bu Günəş nədi, bu Dünya nədi, Tanrı'mı? Eh sevgili, inandır məni
Sayfa 111 - "Zero" nəşriyyatıKitabı okudu
Hardansan?
Mən torpağını hələ də niyə itirdiyini bilməyənlərdənəm Ərəb dilində bir söz qanmadan, Quran oxuyanlardan Zərdüştün adını bilmədən, oddan tullananlardan Qızın Atasından qızın öz hərisi alanlardan... *** Mavi və natəmiz danışan adamların müasir sayıldığı Tanrı adının araq süfrələrində tez-tez çəkildiyi Va şeirin ancaq qafiyədən ibarət olduğu şəhərdənəm Man bu şəhərdənəm, Siz hardansız, bilmirəm!..
Getmirəm Bakı
Yox Bakı, bir az sev məni, bir az sığal çək saçlarıma Bakı, bir yer ayır mənə o əfsanələrində Tarixinin dərinliklərində basdır adımı
Artıq bilirsən, şəhzadələr qurbağa olmur, Qaranlıqda divlər, cinlər olmur, Cırtdan da o qədər güclü deyil. Tilsim hiylədi - Nağıllar yalan deyir. Artıq bilirsən, sakit duranda necə bağırır adam. Dünyada ölən hər uşağa xəlvətcə ağlayır adam. Ölüm qovalasa da gəlmir, Gecələr işığın yoxluğu... Qürbətdə iyirmidə ölür, sonra özünü yetmişdə basdırır adam.
Ali Khayyam
Ali Khayyam
Bir az, lap azca da kefim olsaydı, Durub ayağa Bir də yıxılardım bu uçurumdan...
Ali Khayyam
Ali Khayyam
Reklam
Biz doğmalardan uzaqda, Saçlarını zamanın tumarladıqları Biz,ürəyi parça-parça ayaqüstə Hər içkidə səbəbsiz darıxan Boşluqla baxışan və “Bir gün”lərə uşaq kimi inanan “Hər kəs”li şəhərin Tənha “heç kəs”ləri...🍂💔
Ali Khayyam
Ali Khayyam

Yorumlar ve İncelemeler

Tümünü Gör
150 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Çox sevdiyim o şairin axtardığım o kitabı...
Baxdım ki, bu kitab haqqında sadəcə bir nəfər incələmə yazıb, o da bir neçə cümlə. Amma bu kitabı bir neçə cümlə ifadə edə bilməz. Çox sevdiyim şairlərdən olan
Ali Khayyam
Ali Khayyam
ın qələmindən tökülən o möhtəşəm şeirləri insanı oxuduqca valeh edir, böyük bir təsir yaradır, dərin bir iz qoyur. Kitabdakı bəzi şeirlər onun "MadHouse Community"də olarkən və yaxud da sonralar albom daxilində və "single" şəklində paylaşılıb. Hamısını dinlədiyim, hətta bir neçəsini də səhifəmdə "ileti" kimi paylaşdığımdan bəzi hissələr artıq tanış idi, amma təkrar oxumağa da dəyərdi. Şairin məcazları, bənzətmələri insanı valeh edir, ayrılıq həsrəti, vətən sevgisi, ata ilə yaşana bilməmiş günləri, dostlarına müraciəti, anaya olan müraciətlər, kədər hissinin tərənnümü və s. bu kimi şeylər kitab boyunca bizə yoldaşlıq edir və qəribə hisslərin bizə hakim kəsilməsinə səbəb olur. Şeir kitablarını heç sevməyən biri olaraq deyirəm, bu kitab elə tez bitir, elə də uzun müddət təsir edir ki... Mənsə sizinlə sağollaşıram, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər!
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201441 okunma
150 syf.
·
Puan vermedi
Kitab çox gözəl kitabdır. Yazılan şeirlər adamın ruhunu oxşayır. Dərin xəyallara aparır. Mövzular, sözlər, onların mənaları zövq oxşayır
Bulud Bağçaları
Bulud Bağçaları
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201441 okunma