Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Amin Sükut

Amin SükutTuflinlər yazarı
Yazar
8.6/10
9 Kişi
102
Okunma
17
Beğeni
1.543
Görüntülenme

Amin Sükut Yorumları ve İncelemeleri

Amin Sükut yorumları ve incelemelerini, Amin Sükut kitabı hakkındaki okur görüşlerini , Amin Sükut puanlarını 1000Kitap'ta bulabilirsiniz.
184 syf.
8/10 puan verdi
AMİN ORUC - TUFLİNLƏR
Son dövrlər Azərbaycan ədəbiyyatında yazılan ən yaxşı əsərlərdən biridir "Tuflinlər". Əslində uşaqlar üçün nəzərdə tutulsa da, nəinki uşaqların, həm də böyüklərin maraqla oxuyacağı əsərlərdəndir. İstər personajları, istər üslubu, dili, verdiyi informasiya baxımından bütünlüklə zövq alaraq oxuduğum əsərlərdən biri oldu. Həm düşündürücü,
Tuflinlər
TuflinlərAmin Sükut · Parlaq İmzalar Yayınları · 201734 okunma
168 syf.
8/10 puan verdi
·
Beğendi
#Aminmüəlliməsəyahət #AğıllıparabüzənAzel
Bismillah.
Amin Sükut
Amin Sükut
Azel
Azel
Deməəək Kitabın mövzusu: Kitabın baş qəhrəmanı bir parabüzəndir və əsər onun həyatındakı hadisələrdən çox o hadisələr qarşısındakı hiss və duyğularına yönəlib.Hər səhifədə bir xatirənin qapısını aralayan yazar daha çox Azelin düşüncələri,sevgisi,xəyalları,arzu və istəkləri üzərinə bu xatirələrə can verir. Azel babasının fərqli düşüncələrnin təsiri ilə böyüyüb digər fərdlərindən seçilən bir parabüzəndir.Onun bir xəyalı var: Ucsuz-bucaqsız dənizi keçmək və oradakı dünyanı kəşf etmək... "Heç kimin heç vaxt eləmədiyi şeyləri istəyəndə,bacaranda özün də var olduğunu hiss edirsən və özünə inanırsan."~Azel Bununla yanaşı Azel dostu və sevdiyi qız olan Gülcəyə açılmağa çalışır. Öz düşüncələrim: Kitab mənə görə "oxusan da olar,oxumasan da" kategoriyasına daxildir.Kitab ruhumda iz qoyacaq qədər dərin deyildi,lakin dərin olmasa belə çatdırmaq istədiyi əldətutulan mövzusu var idi.Həddindən artıq axıcı və sadə dili var, bir göz qırpımında kitabı bitirə bilərsiniz. Bəzi mənə mənasız gələn boş söz yığını kimi gördüyüm hissələr də vardır ki,məncə,onlar olmasa da olarmış. Digər iradım kitabın həddindən artıq boş səhifələrinin olması idi.Bildiyin israf ediblər.Çox boş səhifələr və aralar buraxılmışdı.Estetik cəhətdən ,bəlkə də, gözəl ola bilər,ancaq mən bunu kitabı uzun eləmək üçün olan bir cəhd olaraq düşündüm.Bir də bu qədər boş səhifəni görəndə "Mən bu səhifələrə pul vermişəm?!" deyə düşünüb daha çox pis olurdum.
Azel
AzelAmin Sükut · Simurq Nəşriyyatı · 202241 okunma
Reklam
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Ayı bu gün də Mastıya düzəltdiyi dava-dərmandan verdi. Mastı dərmanları içib qurtardı. Ayı Mastıya dedi: - Bunlar öz yerində, amma ən yaxşı dərman gündə üç dəfə xəyal qurmaqdır. Özü də xəyallar parlaq olmalıdır. Eşidirsən? Gündə üç dəfə: Tezdən biri. Günorta biri. Axşam biri." Elə "Qış nağılı" seriyasının 2-ci kitabı olan "Ayı nə üçün qış yuxusuna getmədi?" də parlaq xəyallarla dolu bir kitabdır. Kitabı oxuyarkən həm təsirləndiyim, həm düşündüyüm, həm də ürəkdən güldüyüm o qədər yer var idi ki. Uşaqlar/yeniyetmələr üçün olmasına baxmayaraq hər kəsin oxuyub sevəcəyi bir kitabdır. Seriyanın ilk kitabı "Dovşan nə üçün yeni il şənliyinə qatılmadı" kitabıdır. Üçüncü kitab "Qorxulu meşəyə kim getdi?" üzərində isə iş gedir. Ümid edirəm tezliklə hazır olar və oxucularını çox gözlətməz.
Amin Sükut
Amin Sükut
, yazın, oxuyaq! :)
Ayı Nə Üçün Qış Yuxusuna Getmədi?
Ayı Nə Üçün Qış Yuxusuna Getmədi?Amin Sükut · Simurq Nəşriyyatı · 20223 okunma
168 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 saatte okudu
Cəsur olanda düşünməkdən də qorxmursan, xəyal qurmaqdan da, yorulmaqdan da - heç nədən! Çalış heç vaxt qorxma, çünki onda bilməməkdən də qorxursan. Bu isə lap qorxuludu. - Burda nə axtarırsan? Nə üçün bura gəlirsən? Niyə gizlicə gəlirsən? - Gülcə soruşdu. - Gizlincə gəlmirəm, tək gəlirəm, özümə, suallarıma cavab axtarıram, kiçik suallar, böyük suallar, ən çox da böyük suallar, belə başa düşürəm ki, böyük sualların cavabı tək axtarılır. Həm də cəsur olmalısan ki, sualların olsun. *** Bəzən elə bir sualla qarşılaşırsan ki, nə sən əvvəlki sən olursan, nə də sənin həyatın əvvəlki həyat olur. *** Dosta canını verməzdən əvvəl qanadını istə... *** Sən güldürməyi xoşlayırsansa, o da gülməyi xoşlayırsa, sizinki gətirib. Biri danışmağı, biri dinləməyi xoşlayırsa, biri sevməyi, biri sevilməyi xoşlayırsa, biri o tayı, bir bu tayı xoşlayırsa, onlar həyatı dolu, qatbaqat yaşayırlar. Uyuşmazlıq şərtdir. Uyğunluq olmamalıdır. Biri aya, biri çaya baxmasa yaxşıdır. Ancaq bəzən baxsalar belə, fikirlər cisimləri ayrı salmamalıdır. Məni səndən heç nə ayrı salmasın. Məni səndən heç kim ayrı salmasın. *** Uduzmaq geri çəkilməkdən yaxşıdı, ya qazanırsan, ya öyrənirsən. *** Çalış tərəddüddən qaç, "gedim, getməyim?" dediyin yerə getmə, "yeyim, yeməyim?" dediyin şeyi yemə, "qalım, qalmayım?" dediyim yerdə qalma, "deyim, deməyim?" dediyin şeyi demə.
Azel
AzelAmin Sükut · Simurq Nəşriyyatı · 202241 okunma
168 syf.
7/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Azel
Azel
Amin Sükut
Amin Sükut
Kitabın adı çox fərqli gəlmişdi. İçinin də eyni olacağı düşüncəsilə sərgidən almışdım kitabı. Yanıltmadı:) Ən gözəl anlamları ən fərqli yollarla anladıb müəllif. Zövq alaraq oxuduğum kitablar siyahısına daxil oldu. Tövsiyə edərəmmi? Şiddətlə yox, amma oxusanız, pis olmaz:)
Azel
AzelAmin Sükut · Simurq Nəşriyyatı · 202241 okunma