Keçən il seriyanın ilk kitabını oxumuş və çoox bəyənmişdim.
Yəqin ki,çoxumuz kitab oxuyarkən bəzən hər hansısa obrazın yerində və yaxud da həmin kitabın içində olmağı istəyirik.
Birinci kitab olan "Darağacı dansı"nda tam da bu olur.Violet "Darağacı dansı" kitabının və filminin heyranıdır.Ən sevdiyi obraz olan Rose kimi geyinən Violet,qardaşı və dostları-Alice,Katie ilə kitabın obrazları ilə tanış olmaq üçün Comic-Cona gedirlər.Baş verən qəza nəticəsində Darağacı dansı dünyasına daxil olurlar.Kitabdakı hər şeyi əzbərə bildiklərinə görə hekayəyə uyğunlaşıb öz dünyalarına qayıtmağı planlayırlar.Ancaq ilk beş dəqiqədə Rose'un ölümünə səbəb olub asilər tərəfindən tutulurlar və heç nə gözlədikləri kimi davam etmir.
"Darağacı şarkısı"
İkinci kitab da birinci qədər möhtəşəm idi. Violet və dostları hekayəni tamamlayıb öz dünyalarına qayıtsalarda Violetin qardaşı Nate komada, yəni hələdə Darağacı dansı dünyasına həbs olmuşdu.Onu geri qaytarmaq üçün isə tək yol yenidən o dünyaya qayıtmaq idi.Və yenidən qəhramanlarımızın başlarına gələn həyəcan verici hadisələri oxuyuruq.
Kitabın bitməsini heç istəmirdim.Mən ilk kitab qədər çox sevdim.Ən sevdiyim obraz isə Ash oldu.
Kitab o qədər gözəl idi ki,axıcı və sıxılmadan oxunurdu.İçində dostluq,sevgi,xəyanət vardı.Bol Əyləncəli,aksiyonlu və fantastik kitablar oxumağı sevirsinizsə mütləq bir şans verin.