Azad Karadereli

Azad KaradereliBurda Yer Fırlanmırdı yazarı
Yazar
Çevirmen
Editör
9.0/10
1 Kişi
7
Okunma
1
Beğeni
564
Görüntülenme

Hakkında

Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur. Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.
Unvan:
Yazar, Çevirmen, Editör
Doğum:
Qaradere, Zengilan Rayonu, Azerbaycan, 5 Mart 1954

Okurlar

1 okur beğendi.
7 okur okudu.
1 okur okuyor.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Reklam
Mənim cv ))
Onu deyim ki, mükəmməl bildiyim heç nə yoxdu. Amma bilmədiyim şey də olmayıb indiyənəcən. Hər şeydən bir az bilirəm. Elə o bir azlar yığışanda mən oluram.
Sayfa 6
Adımı soruşanlara verdiyim cavab ))
Adımı heç kim bilmir. Vallah, heç özüm də unutmuşam əsl adımı.
Tanrı bu dünyanı yaradanda hər şey üstü açıq idi. Sərhədsiz torpaq heyvanların, su yosunların və balıqların, göy quşlarındı. Və insanı atdı bu dünyaya. O gələn kimi ilk olaraq sərhədləri cızdı, sonra bir sıra ayıb şeylərin üstünü örtdü. Çılpaq insan ayıb yerlərini örtməklə bütün ayıbları gizlətdiyini sandı. Onun törətdiyi yeni-yeni ayıblarsa bəşəriyyətin utanc yerinə döndü.
Naxçıvan♡
-Naxçıvanda olmusuz? -Xeyr, olmamışam. - Bilirsiz, orda qəribə aura var... Adam o torpağa ayaq basanda elə bil özünə inamı artır. Mən bunu özüm şəxsən müşahidə eləmişəm. Bəlkə elə buna görədir ki, Azərbaycanın ən azadfikirli və qoçaq adamları burda yetişib...
Sayfa 61
Günahı quyunun dərinliyində bilirsən, bəs ipinin qısalığına nə deyirsən?
Sayfa 7
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok