Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib.
İlk nəsr kitabı 1987-ci ildə çap olunub.
2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır.
Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.
Title:
Yazar, Çevirmen, Editör
Birth:
Qaradere, Zengilan Rayonu, Azerbaycan, 5 March 1954
- Bir var əbədiyyət, göy kimi, dağ kimi, Xəzər kimi, Tanrı kimi... Bir də var əbədiyyətin zərrələri
.. ağac, ot, çiçək, yarpaq və bədbəxt insan... Bunlar tez doğulub, tez də solan, amma əbədiyyətdən payı olan varlıqlardır... Yazıq ki, bizdə bu zərrəciklər də yox olmaq üzrədir. Net bir şəkildə əriyir bu əbədiyyət nişanələri.Təsəvvür elə ki, göy üzündə birdəncə bütün ulduzlar sönür.. Nə qalır göydə? Ay? Qala bilməz, o da ulduzların qidalandığı işıq mənbəyinə möhtacdır. Günəş? O heç qala bilməz! Axı göydəki digər bütün cismlərə işığı, istiliyi, enerjini o verir. Demək bütün kainat bir rəngə - qaraya, zülmətə tabe olacaq.
Onu deyim ki, mükəmməl bildiyim heç nə yoxdu. Amma bilmədiyim şey də olmayıb indiyənəcən. Hər şeydən bir az bilirəm. Elə o bir azlar yığışanda mən oluram.