Kitabı bitirdim və kitab haqqında düşüncələrimə keçid etsək ...
Qarşılıqlı münasibətlər haqqında oxuduğum ilk şəxsi inkişaf kitabı idi və ümumi olaraq kitabın biz qadınlara və kişilərə demək istədiyi fikirləri çox bəyəndim . Əslində şəxsi fikrimcə , münasibətləri yaşayaraq öyrənmək daha doğrudur , nəinki kitab oxumaq .
Kitab Yazıçının həyatdan götürdüyü təcrübələr əsasında yazılıb. Kitabı bir başqa cür maraqlı edən , onun içərisində olan maraqlı testlər olduğunu vurğulamaq istərdim. Açıq demək olarsa , kitabın bir hissəsindən xoşum gəlmədi, amma yenə də vurğulayıram; oxunmağa və nə isə anlamağa yardımçı olan bir əsərdir.
Mən bəyəndim və inşAllah sizdə bəyənərsiniz.
❀Hər birinizə xoş günlər❁ ....ʕ •́؈•̀ ₎