Bəkir Nəbiyev

İraq Bizə İraq Deyil yazarı
Yazar
7.5/10
0 Kişi
1
Okunma
0
Beğeni
295
Görüntülenme

Hakkında

Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur. Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib. 1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub. Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib. Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945–1947). Sonra Ağdaş şəhərində 3 nömrəli yeddiillik məktəbdə və Yeniarx kəndində müəllimlik etmişdir (1947–1949). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1949–1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur. Akademiyanın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri (1960–1970) vəzifələrində çalışmış,Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olmuş (1971–1987). 14 il Akademiyada Ədəbiyyat, Dil və İncəsənət Bölməsinə rəhbərlik etmişdir (1987–2001). Azərbaycan Mədəniyyət Fondunun (1982–1986), Azərbaycan Ədəbiyyat Fondunun (1987–1991) sədri olmuşdur. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır.
Ünvan:
Bilim İnsanı, Yazar
Doğum:
Ağdaş Rayonu, Azərbaycan, 21 Ağustos 1930
Ölüm:
Bakı, Azərbaycan, 15 Mart 2012

Okurlar

1 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam