Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).
1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.
4 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub. Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).
1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.
4 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub.