Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan yazarı
Yazar
8.4/10
19 Kişi
188
Okunma
19
Beğeni
2.552
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

19 okur beğendi.
188 okur okudu.
13 okur okuyor.
95 okur okuyacak.
6 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
İnsanlar illər sonranın xəyallarını, planlarını qurub həyatlarını yaşayırlar, lakin beş dəqiqə sonra belə həyatın onlar üçün nələr hazırladıqlarından xəbərsizdirlər. Amma bəlkə də həyatı maraqlı edən cəhətlərdən biri də budur. Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağın heç bir marağı qalmazdı.
Sayfa 80
Elə ikinizdə əqrəbsiniz.
Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?
Sayfa 203
Reklam
– İnsanlar çiy süd əmib.Bəzən öz mənfəətləri üçün təbiətdəki ən vəhşi heyvandan daha vəhşi ola bilirlər.
Sayfa 77
Bu dünyanın qəribə bir balansı var və nə qədər fikirləşsən də, həmin tarazlıqdan baş çıxara bilməzsən.
Sayfa 55 - KənanKitabı okudu
Juvenalis
Heç bir suçlu,öz daxili məhkəməsində bəraət qazana bilməz.
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
226 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bəyaz Şeytan (White Devil )
İlk öncə onu vurğulamaq istəyirəm ki, kitab sadə dildə yazilib və hər yaşda oxyuycu rahatlıqla oxuya bilər va çox axıcıdır. Melvin adlı səxsin ölümünü çox titizliklə yerinə yetirən qatilin dedektiv Kanan Orucov tərəfindən axtarılmasından danışılır və 152-ci səhifədə marağı cəlb edən qıfıl bizi qarşılayır, qatili tapmaq üçün qıfılı açmaq lazım gəlir və əsəri diqqətlə oxusanız kodu tapmaq elədə çətin deyil müəllif bunun üçün lazımı ipucuları qeyd edib. Əsər çox maraqli sonla bitir. Xoş mütailələr!
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 054 okunma
206 syf.
7/10 puan verdi
·
25 saatte okudu
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 201598 okunma
206 syf.
10/10 puan verdi
·
7 saatte okudu
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 201598 okunma