Dilbər Axundzadə

Dilbər Axundzadə

Yazar
9.4/10
20 Kişi
·
33
Okunma
·
1
Beğeni
·
53
Gösterim
Adı:
Dilbər Axundzadə
Tam adı:
Dilbər Hacı qızı Axundzadə
Unvan:
Şair
Doğum:
Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası, 29 Mayıs 1914
Ölüm:
Bakı, Aərbaycan, 21 Ekim 1990
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır.

Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.
Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır.

Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.
O süzgün gözlərə əsir olalı,
Silindi könlümün dərdi, məlalı.
Ay nazlı Gəncənin nazlı maralı,-
Ovçuyam ardınca qaçmaq istərəm.
Sən aşan dağları aşmaq istərəm.
173 syf.
·8 günde·Beğendi·10/10
Sabahınız xeyir əziz kitabsevərlər , sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlin gəlməsi münasibətilə təbrik edirəm Mənim üçün ilin son kitabı xatirə ədəbiyyatı silsiləsindən " Müşfiqli Günlər " kitabı oldu. Kitab Mikayıl Müşfiqin xanımı Dilbər Axunzadə tərəfindən qələmə alınıb, Müşfiqlə olan xatirələri qeyd edib. Kitab tək kəlimə ilə möhtəşəmdi Dilbər xanıma olan sevgisi məni xəyallar aləminə apardı. Şairin sevilən şeirlərinin necə yazıldığını, həmin anda nə hiss edərək, nə yaşaraq yazdığını bilmək çox xoş oldu. Müşfiqli günlərdə, ədəbiyyatımızın zəngin olduğu o dövrlərdə yaşamaq istərdim. Gözəl sənətkarlarımızı yaxından tanımaq, şeirlərini öz dillərindən, öz səsləriylə eşitmək istərdim. 2019-cu ildə İnşAllah xatirə ədəbiyyatı silsiləsindən olan bütün kitabları almağa çalışacam. Qızım üçün gələcəkdə bundan böyük xəzinə ola bilməz deyə düşünürəm.
.
Sеvirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.
Sеvirəm
Mənimlə göz-gözə gələndə,
Şimşək baхışların vuruşlarını.
Sеvirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorхmuş, ürkərək
O cеyran ədalı baхışlarını.
.
Xatirə ədəbiyyatı silsiləsindən olan kitabları mütləq oxuyaq və oxutduraq Hər kəsə xoş mütaliələr
173 syf.
·Beğendi·10/10
Çook severek okuduğum bir kitap. SSR devleti 1937 yılında bir çok devletlerde katliam yapdı. Maalesef bunların içinde Azerbaycan da vardı. Sayını bile tam olarak bilmediyimiz kadar yazarımız, şairimiz öldürüldü. Bunlardan biri de 29 yaşındakı M.Müşfik di. A.Dilber onun hakkında hatırladığı herşeyi(anılar,
şiirler ve s.) kaleme almış. Işte biz de bir çok şeyi bunun sayesinde öğrendik.
173 syf.
·8 günde·Beğendi·10/10
Bugün sizinlə Hədəf nəşriyyatının Xatirə Ədəbiyyatı seriyasının 6-cı kitabı olan Müşfiqli Günlər kitabı haqqında olan fikirlərimi bölüşmək istəyirəm.
Deməli kitab mərhum şairimiz Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin Mikayıl Müşfiq ilə olan xatirələrindən bəhs edir. Kitab çox gözəl saf təmiz məhəbbət və hörmət öz əksini tapır. Kitabda həmçinin o dövrün digər əvəz olunmaz şairləri, yazıçılarından da xatirələr yer alır. O zamanlar hamısı müəllimlik fəaliyyəti ilə məşğul olub. Bir anlıq təsəvvür edin ki həmin möhtəşəm şairlər ədəbiyyat müəlliminizdir necə də möhtəşəm səslənir elə deyilmi yəni Müşfiqin '' Yenə o bağ olaydı'', "Rəssam sevgilim şəkili çək'' və sairə digər şeirlərini kitablardan deyil məhz Mikayıl Müşfiqin öz səsindən eşidirsiz ahh. ️
Düzünü desəm bu kitabda nədənsə repressiya qurbanı olan zamanlardan daha çox xatirələr gözləyirdim. Amma yenədə kitab sadəcə olaraq möhtəşəmdir Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanıma olan sevgisi, hörməti, qayğısı insan da çox gözəl sözlə ifadə edilməyəcək dərəcə də möhtəşəm hisslər oyadır.
Bir sözlə oxuyun və oxutdurun ️

Yazarın biyografisi

Adı:
Dilbər Axundzadə
Tam adı:
Dilbər Hacı qızı Axundzadə
Unvan:
Şair
Doğum:
Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası, 29 Mayıs 1914
Ölüm:
Bakı, Aərbaycan, 21 Ekim 1990
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır.

Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.
Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır.

Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Yazar istatistikleri

  • 1 okur beğendi.
  • 33 okur okudu.
  • 3 okur okuyor.
  • 7 okur okuyacak.