Dilbər Axundzadə

Dilbər AxundzadəMüşfiqli Günlər author
Author
9.3/10
80 People
286
Reads
19
Likes
2,034
Views

About

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.
Full name:
Dilbər Hacı qızı Axundzadə
Title:
Şair
Birth:
Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası, 29 May 1914
Death:
Bakı, Aərbaycan, 21 October 1990

Readers

19 readers liked.
286 readers read.
13 readers are reading.
88 readers will read.
Reklam

Quotes

See All
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Bir qara buludam uca göylərdə Bu şair bəxtimlə bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə Nərgiz gözlərinin yaşına qurban.
The problem of our time...
Əgər həyat yoldaşı onu dərindən başa düşüb dərk etməsə, ilhamını söndürə bilər.
Reklam
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Əgər bilsən sənsiz necə darıxıram!... Hər günüm bir il keçir. Bilsəm, səni əlimdən buraxmazdım...
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!

Updates

See All
Son 1-1.5 ayımı
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
full şəkildə ayırdım. Birdən birə bu sevda haradan, necə yarandı anlamadım (içimdə qəribə həyəcanlar var amma aşiq deyiləm). İlk onun şeirini əzbərləmiş, ilk onun haqqında wikipediada araşdırma eləmiş, ilk onun ev müzeyində olmuşam. Uşaqlıqdan bəri məni hər şeyi ilə cəzb edən bu adam artıq hiss rəfimdə öz yerini almış, gülümsəyərək məni izləyirmiş kimi hiss edirəm. Ruhun şad olsun boss, hər ürəyim sıxılanda yenə yenidən şeirlərinə qayıdacam.
Dilbər Axundzadə
Dilbər Axundzadə
- Sənində ruhun şad olsun gəlinbacı.
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!💖🌿
Müşfiqli Günlərim
Müşfiqli Günlərim
Dilbər Axundzadə
Dilbər Axundzadə
Reklam
...- Nə ola bu günləri tutub saxlaya biləydik. Müşfiq dərindən köksünü ötürdü: - Axar suları saxlamaq mümkünsə bu günləri də saxlamaq olar. Bu günlər ötüb keçəcək, ancaq hərə bu dünyada özündən sonra bir iz qoyub gedəcək. O izlər içərisində bizim də izimiz olsa, deməli biz də o günlərə qoşulacağıq. Bu günlərdə yaşayacağıq.🍃✨
Müşfiqli Günlər
Müşfiqli Günlər

Comments and Reviews

See All
·
Not rated
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019286 okunma
150 syf.
10/10 puan verdi
Müşfiq kimi bir insana hər kim olsa aşiq olar... Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də Müşfiq kövrək, zərif, incə ruhlu bir insandır. Kaş ki, onunla bir dövrdə yaşasaydım da onun şeirlərini öz dilindən eşitsəydim... Müşfiq haqqında yazmaq istədiyim o qədər sözlər varki. Lakin bu kitab mənim üçün özəl və özəl biri üçün oxudum deyə heç bir alıntı etmədim. Və kitab haqqında da çox şey danışmaq istəmirəm. Bir sözlə sənə vuruldum Mikayıl Müşfiq♡
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019286 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Əminliklə deyə bilərəm (amma sübut edə bilmirəm) ki, bu, dünyanın ən təsirli sevgi hekayəsidir. Bu kitab emosional fona faydalı təsir göstərir, pozitivliyə sirayət edir, şeirlərdən insanın ürəyi parçalanır. Bu, məndə belə güclü təəssürat yaratmağı bacaran ikinci kitabdır. Birincisi
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
idi. Bilirsiniz, bunu daha təsirli edən şey əslində baş verməsidir. Dilbər xanımın 1988 ci ildə alınan reportajına yəqin çox insan baxıb, Orada Dilbər xanımın gözlərindən Müşfiqə olan həsrəti aydın görünürdü. Hələ bir sözü var idi "Bu bizim Müşfiqlə son görüşümüz idi. Bundan sonra Müşfiqin üzünə həsrət qaldım." Çox təsirlidir elə deyilmi? Həyat dolu,sevgi dolu şairimizə necə qıydılar, onu yarından ayırdılar. Bu 2 sevgili haqqında nə qədər danışsam azdır. ~ Ən sevdiyim şeirlərdən biri "Səndən küsmərəm"-dir : Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm Məni öz canından çox istəyən Ellərdən küsərəm, səndən küsmərəm Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan, İllərdən küsərəm , səndən küsmərəm El içində bizə dərlər Sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019286 okunma