Dilbər Axundzadə

Dilbər AxundzadəMüşfiqli Günlər author
Author
9.3/10
80 People
279
Reads
17
Likes
1,961
Views

About

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq. 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.
Full name:
Dilbər Hacı qızı Axundzadə
Title:
Şair
Birth:
Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası, 29 May 1914
Death:
Bakı, Aərbaycan, 21 October 1990

Readers

17 readers liked.
279 readers read.
13 readers are reading.
83 readers will read.
Reklam

Quotes

See All
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
– Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar.
Sayfa 47 - Xan NəşriyyatıKitabı okudu
Reklam
Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq.
ehh Müşfiq(
Mən ki, bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Sayfa 52 - Mikayıl Müşfiq
Əgər bilsən sənsiz necə darıxıram!... Hər günüm bir il keçir. Bilsəm, səni əlimdən buraxmazdım...

Updates

See All
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!💖🌿
Müşfiqli Günlərim
Müşfiqli Günlərim
Dilbər Axundzadə
Dilbər Axundzadə
...- Nə ola bu günləri tutub saxlaya biləydik. Müşfiq dərindən köksünü ötürdü: - Axar suları saxlamaq mümkünsə bu günləri də saxlamaq olar. Bu günlər ötüb keçəcək, ancaq hərə bu dünyada özündən sonra bir iz qoyub gedəcək. O izlər içərisində bizim də izimiz olsa, deməli biz də o günlərə qoşulacağıq. Bu günlərdə yaşayacağıq.🍃✨
Müşfiqli Günlər
Müşfiqli Günlər
Reklam
Gözlədim yolunu həsrət içində, Tükəndi taqətim, neçin gəlmədin? Şəhdi-vüsalından üzüldü əlim, Ey dilbər afətim neçin gəlmədin? Əlimdəki qələm bir sədəfli saz, Nə qədər səninçün çoşar, yorulmaz! Aramızda olan zəncir qırılmaz, Ey sözüm-söhbətim, neçin gəlmədin? Gözlədim yolunu, hava qaraldı, Bu qaranlıq hava ruhumu sardı. Səndən qəmgin könül sevinc umardı, Sən ey səadətim, neçin gəlmədin?
Dilbər Axundzadə
Dilbər Axundzadə
-
Müşfiqli Günlərim
Müşfiqli Günlərim

Comments and Reviews

See All
·
Not rated
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019279 okunma
150 syf.
10/10 puan verdi
Müşfiq kimi bir insana hər kim olsa aşiq olar... Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də Müşfiq kövrək, zərif, incə ruhlu bir insandır. Kaş ki, onunla bir dövrdə yaşasaydım da onun şeirlərini öz dilindən eşitsəydim... Müşfiq haqqında yazmaq istədiyim o qədər sözlər varki. Lakin bu kitab mənim üçün özəl və özəl biri üçün oxudum deyə heç bir alıntı etmədim. Və kitab haqqında da çox şey danışmaq istəmirəm. Bir sözlə sənə vuruldum Mikayıl Müşfiq♡
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019279 okunma
174 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 22 hours
Bu dünyada Müşfiq vardı, bu dünyada yenə vardır! (Ə.Kərim)
Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm. Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019279 okunma