Dori Jones Yang

Dori Jones YangXanadu’nun Kızı yazarı
Yazar
9.0/10
1 Kişi
12
Okunma
0
Beğeni
558
Görüntülenme

Dori Jones Yang Sözleri ve Alıntıları

Dori Jones Yang sözleri ve alıntılarını, Dori Jones Yang kitap alıntılarını, Dori Jones Yang en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəxt adamın üzünə gülməyə də bilər, şanssızlıq heç nədən adamın qarşısına çıxa bilər, amma uğur elə-belə gəlmir, onu gǝrǝk planlaşdırasan.
Romantiklərin bir pozitiv cəhətini kəşf etmişəm: onlar bizi gündəlik həyatın yeknǝsəqliyindən xilas edən yeni və daha gözəl dünya yaratmağa can atırlar.
Reklam
Ziyanla işləmək adamı qorxudur. Mən bunu şəxsi təcrübəmdən çıxış edərək deyirəm. Bu, bir çox biznes sahələri, xüsusən də özün çoxdan yer etmiş sanballı, iri şirkətlər üçün təhlükə siqnalıdır. Lakin böyük gələcək vəd edən gənc şirkət üçün mənfəətsizlik onun sağlamlığına dəlalət edə bilər. Mənfəətsiz işləyirsə, demək, onun sərmayələşdirilməsi inkişaf əyrisini qabaqlayır.
Sayfa 144Kitabı okudu
Mən biznes həyatımda həmişə doğru qərar qəbul etdiyimi deyə bilmərəm. Amma mənim ideyamı oğurlamaq istəyən o sərmayəçinin mənə qarşı hərəkətini xatırlayanda əminliklə deyə bilirəm ki, uğur zirvəsinə gedən yolun harasında olmuşamsa-olum, tabeliyimdə nə qədər adam olursa-olsun, heç kimlə o cür rəftar etməmişəm. Əməkdaşlara hörmətlə yanaşmaq bizim əsas prinsipimizdir, biz sonralar onu "Starbucks"ın rəsmi missiyasına çevirdik.
Uğur pulla ölçülməz. Uğur bir yolu necə getməyindir, yolun sonunda qəlbinin fərəhdən nə qədər dolması məsələsidir.
Sayfa 350Kitabı okudu
Ətrafımızda nə boyda səs-küy olursa-olsun, bir qulağımız musiqida olmalıdır. tempi tutmalıyıq. Sevimli müəllifim Noa Benşey "Çörəkçi Ceykob" ("Jacob the Baker") əsərində yazır: "Musiqi notların arasındakı fasilələrdən ibarətdir". Bəzən dayanıb onlara qulaq asmaq lazımdır..
Sayfa 348Kitabı okudu
Reklam
Bədbinlik, bir növ, kamilliyin sinoniminə çevrilib, laqeydliyi isə ağıllı olmağın göstəricisi kimi qəbul edirlər. Analitiklər idealistləri ya sadəlövh, ya da sǝrhesab adamlar sayırlar
Sayfa 348 - TEAS Press Nəşriyyat evi , 2023Kitabı okudu
- Bizi fəaliyyətsizlikdə qınamaq lazım deyil, - Deyv bizi tənqid edənlərə deyir. Sadəcə, bizim fəaliyyətimiz sizi qane etmir. Başqalarının haqqımızda nə düşünməsindən asılı olmayaraq, biz dəyərlərimizə sadiq olacağıq. Çünki biz o dəyərlərimizin sayəsində autsayderlikdən çıxıb indiki səviyyəmizə çatmışıq.
Sayfa 314Kitabı okudu
Bəzən qafil olursan, heç gözləmədiyin yerdən bir zərbə alırsan. Onda fürsəti itirə bilərsən. Amma belə hallar həm də adamın gücünü imtahana çəkir.
Uğuru şərtləndirən şeylərin biri də fürsət və ondan istifadə etməkdir.
Öz məqsədinə nail olmağı bacaran istedadlı adamla ondan daha istedadlı olan, amma irəli gedə bilməyən adam arasında fərq nədir? Aktyorluq etmək arzusu ilə yaşayan, amma Nyu-Yorkda ofisiantlıq edən adamlara fikir verin. Onların bir çoxu istedadda Robert De Nirodan, ya da Syuzan Serǝndondan heç də geri qalmır.
Reklam
Bir çox şirkətlərdə riskli, cəsarətli addımlar atmağın əsas ilhamvericiləri və təbliğatçıları ortasəviyyəli menecerlər, ya da sıravi işçilər olur. Menecerlərin bu cür təşəbbüsləri sınaqdan keçirməsi, tatbiq etmasi vacibdir-hatta şirkətin icraçı direktoru onlara şübha ila, badbinlikla yanaşsa belə. Mən bu həqiqəti həm 1984-cü ilda "Starbucks"ın işçisi, həm də sonralar onun icraçı direktoru olanda öyrənmişəm. Müdir yeni ideyaları qulaqardına vursa, şirkətini böyük imkanlardan məhrum edər.
Kitabın kilid cümləsi
Marağımı cəlb edən şeylərə can yandırmaq, ona özümü həsr etmək mənim xasiyyətimdir..
Beysbol, basketbol üzrə məhəllə yığmasını təşkil etmək işinə özüm baxardım. Bu komandalarda məhəllədə yaşayan hər cür uşaq təmsil oluna bilərdi - yəhudi, italyan uşaqları, ağdərililər, qaradərililər. Bizə milli, irqi ayrıseçkiliyin yolverilməz olması haqda mühazirə oxuyan, öyüd verən olmayıb -biz bunu yaşamışıq.
Son nəticədə, bu, baristalarımızdan asılıdır. Yeni qəhvəxanımız açıldısa, həmin andan orada bizim simamız məhz piştaxta arxasındakı adamdır, çünki espressonu hazırlayan, qəhvəni verən odur. Qəhvəxananın kollektivi müştərilərlə bir ailə kimi mehriban olsa, heç bir problem qalmaz. Onun müdiri bir müştərinin qonşusu, baristası kiminsə oğlunun dostudursa, o şirkətin bütün dünyaya yayılmağı hansı müştərini narahat edəcək? Amma necə edəsən ki, barista özünü "Starbucks"la can bir qəlbdə hiss etsin? Axı biz ayda 500 yeni işçi götürürük. Bu, biznesini hər ay yeni bir şəhərə yayan iş adamlarının qarşılaşdığı dilemmadır. "Starbucks" da dayanmadan böyüyür. Bu vəziyyətdə necə edəsən ki, yeni baristalar qəhvəyə sevgidə, müştəriyə münasibətdə daha təcrübəli həmkarları kimi olsunlar, onlar da işə eyni qədər can yandırsınlar?
Sayfa 295Kitabı okudu
Aktrisa Canin Qarofalo HBO telekanalının "Komediya saatı" verilişində bizimlə belə bir zarafat etmişdi: - Təzə "Starbucks" açılıb. Düz mənim qonaq otağımda. Replika o qədər xoşumuza gəldi ki, onun əsasında reklam hazırlamaq fikrinə düşdük. Səhnə boş sahədə dayanmış bir qadından və kappucino burulkasından, ismarış isə bu sözlərdən ibarət idi: ""Starbucks" açmaq üçün gözəl yer".
Sayfa 288Kitabı okudu
70 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.