Ekrem Eylisli

Ekrem EylisliSafsar author
Author
Translator
9.0/10
8 People
39
Reads
4
Likes
2,120
Views

Oldest Ekrem Eylisli Quotes

You can find Oldest Ekrem Eylisli quotes, oldest Ekrem Eylisli book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Metro vaqonunda gün işığı
Hamının sifətində - süni təbəssüm, qondarma səmimilik, yalançı alicənablıq. Hamının gözünün içində - bir dünya şeytani həvəs... Həmişə hamıdan nəsə almağa vərdiş eləyən bir bölük acgöz indi bura (Məkkəyə) Allahdan nəsə qopartmağa gəlmişdi.
Sayfa 23 - Qanun nəşriyyatıKitabı okudu
Metro vaqonunda gün işığı
Şərin bir adı olsa da, sifəti bir deyil, çoxdur.
Sayfa 33 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Metro vaqonunda gün işığı
Haqqın üstün açanlara mükafat verilmir, cəza verilir.
Sayfa 64 - Qanun nəşriyyatıKitabı okudu
Safsar
Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.
Sayfa 67 - Qanun nəşriyyatıKitabı okudu
Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.
Hər şeydən çox, dağlar yadımda qalıb. Bir də günəş yadımda qalıb. Bir də orası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsəyirdi.
Reklam
Yəqin ki, dağlar dağ qoynunda doğulanların üzünə haçansa cəmi bircə dəfə o təhər gülümsəyir. Elə gülümsəyirlər ki, dağ qoynunda doğulanlar dağları heç vaxt unuda bilməsinlər.
Evlərdən yollara açılan qapıların az qala hamısının eyni rəngdə olduğunu mən sonralar dönə-dönə gözlərimlə görmüşəm. Ancaq mənim təsəvvürümdə kənddəki hər qapının öz rəngi qalıb. Bu rəngləri, məndən ötrü, o qapılardan girib-çıxan adamlar yaradıblar: yaxşıların qapısı açıq rəngdə, pislərin qapısı tutqun rəngdə...
Nəhayət, mən doğrudan da qorxmağa başladım: sanki o il qış gəlməyəcəkdi, o qışın əvəzində kəndimizə nəsə qara, qorxunc bir şey gələcəkdi.
Yaqub mənim üstümə qışqırırdısa, deməli, o mənim qohumum idi - hər halda uşaqlar belə hesab eləyirdilər. Mən istəyirdim ki, uşaqlar həmişə belə hesab eləsinlər; mən istəmirdim ki, uşaqlar məni kimsəsiz bilsinlər, buna görə də heç vaxt Yaqubun sözündən çıxmırdım.
Reklam
Nənəmin qar deyilən şeydən həmişə zəhləsi gedirdi, çünki onun başmağı olmamışdı: ömrü boyu öz balaca ayaqlarında nənəm atamın köhnə, iri başmaqlarını sürümüşdü.
Görəsən, yer üzündə əlinə qələm götürəndə mənim bibim kimi sevinən ikinci bir qadın vardımı, ya rəbb?!
May günü
Hardasa qaranlıq bir zirzəmi. Hardasa bir işıqlı may günü... bir yasəmən ağacı... Və ilk dəfə dərsə gecikmiş bir uşağın yaxından səsi gəlirdi: - Dayı, ay dayı, ağlama...
Sayfa 299 - Çaşıoğlu nəşriyyatıKitabı okudu
Ürək yaman şeydir
O pişpişənin böyründə bir əncir ağacı vardı, yarpaqları payızda da gömgöy olurdu. Bir də bir alça vardı, tövlə tərəfdə, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu hələ? Sərvər dedi: - Durur, niyə durmur... Sən mənim başımı bişirmə. Mənim pullarımı ver. - Pişpişə də durur? - Məni dolayırsan? - Dolamıram, soruşuram, dururmu o pişpişə? - Durur, nə olsun ki? - Mən o pişpişənin dibində Əli oğlu Mürsəlin qızını öpmüşəm. - Sərvər dedi: - Sən piyansan, ağzına gələni çərənləyirsən!
Sayfa 310 - Çaşıoğlu nəşriyyatıKitabı okudu
25 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.